Peyğəmbərin ﷺ Ramazan və başqa aylarda qıldığı gecə namazları
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ سَأَلَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا كَيْفَ كَانَتْ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى رَمَضَانَ فَقَالَتْ مَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَزِيدُ فِى رَمَضَانَ وَلاَ فِى غَيْرِهِ عَلَى إِحْدَى عَشْرَةَ رَكْعَةً ، يُصَلِّى أَرْبَعًا فَلاَ تَسَلْ عَنْ حُسْنِهِنَّ وَطُولِهِنَّ ، ثُمَّ يُصَلِّى أَرْبَعًا فَلاَ تَسَلْ عَنْ حُسْنِهِنَّ وَطُولِهِنَّ ، ثُمَّ يُصَلِّى ثَلاَثًا ، قَالَتْ عَائِشَةُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَتَنَامُ قَبْلَ أَنْ تُوتِرَ . فَقَالَ « يَا عَائِشَةُ ، إِنَّ عَيْنَىَّ تَنَامَانِ وَلاَ يَنَامُ قَلْبِى » .
“Rəvayət edilir ki, bir dəfə Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ Aişədən ﵂ soruşdu: “Allah Elçisi ﷺ Ramazan ayında necə namaz qılardı?” O dedi: “Allah Elçisi ﷺ nə Ramazanda, nə də başqa bir ayda gecələr on bir rükətdən artıq namaz qılmazdı. O, əvvəlcə dörd rükət qılardı ki, bu rükətlərin necə gözəl və nə qədər uzun olduğu barədə heç soruşma. Sonra yenə dörd rükət qılardı ki, bu rükətlərin necə gözəl və nə qədər uzun olduğu barədə heç soruşma. Sonra da üç rükət qılardı”. Aişə deyir: “Mən dedim: “Ey Allahın Elçisi, vitr namazını qılmamış yatırsan?” O buyurdu: “Ey Aişə, mənim gözlərim yatsa da, qəlbim yatmır”.”
İstinad
Buxari, 1147 (Təhəccüd, 28)
Səhih əl-Buxari — Təhəccüd kitabı