Təhəccüd kitabı

Nafilə namazların iki rükət-iki rükət qılınması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى سَالِمٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْجُمُعَةِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə Zöhr namazından əvvəl və sonra iki, Cümə namazından sonra iki, Məğrib namazından sonra iki və İşa namazından sonra iki rükət namaz qıldım”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Buxari, 1165 (Təhəccüd, 46)

Səhih əl-Buxari — Təhəccüd kitabı