Zöhr namazından əvvəl qılınan iki rükət sünnə namazı
حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ حَفِظْتُ مِنَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ رَكَعَاتٍ رَكْعَتَيْنِ قَبْلَ الظُّهْرِ ، وَرَكْعَتَيْنِ بَعْدَهَا ، وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ فِى بَيْتِهِ ، وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ فِى بَيْتِهِ ، وَرَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الصُّبْحِ ، وَكَانَتْ سَاعَةً لاَ يُدْخَلُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا .
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Peyğəmbərdən ﷺ on rükət namazı yadımda saxladım. Bunlar Zöhr namazından əvvəl və sonra iki rükət, Məğrib namazından sonra evində iki rükət, İşa namazından sonra evində iki rükət və Sübh namazından qabaq iki rükət namaz idi. (Sübh namazından qabaq) mən onun evinə daxil olmadığım vaxt idi”.”
İstinad
Buxari, 1180 (Təhəccüd, 61)
Səhih əl-Buxari — Təhəccüd kitabı