Təhəccüd kitabı

Daim yaşadığı yerdə Duha namazını qılmaq

حَدَّثَنَا عَلِىُّ بْنُ الْجَعْدِ أَخْبَرَنَا شُعْبَةُ عَنْ أَنَسِ بْنِ سِيرِينَ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ الأَنْصَارِىَّ قَالَ قَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ - وَكَانَ ضَخْمًا - لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنِّى لاَ أَسْتَطِيعُ الصَّلاَةَ مَعَكَ . فَصَنَعَ لِلنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَعَامًا ، فَدَعَاهُ إِلَى بَيْتِهِ ، وَنَضَحَ لَهُ طَرَفَ حَصِيرٍ بِمَاءٍ فَصَلَّى عَلَيْهِ رَكْعَتَيْنِ . وَقَالَ فُلاَنُ بْنُ فُلاَنِ بْنِ جَارُودٍ لأَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ أَكَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الضُّحَى فَقَالَ مَا رَأَيْتُهُ صَلَّى غَيْرَ ذَلِكَ الْيَوْمِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik əl-Ənsari ﵁ demişdir: “Ənsardan olan kök bir kişi dedi: “Mən səninlə birlikdə (məsciddə) namaz qıla bilmirəm”. Sonra gedib Peyğəmbər ﷺ üçün yemək hazırladı, onu mənzilinə dəvət etdi, onun üçün yerə həsir saldı, həsirin kənar hissələrinə su səpdi və Peyğəmbər ﷺ də bu həsirin üstündə iki rükət namaz qıldı”. Carud nəslindən olan bir kişi Ənəsdən soruşdu: “Peyğəmbər ﷺ (hər gün) Duha namazını qılardımı?” Ənəs dedi: “Mən onun bu gündən başqa nə vaxtsa bu namazı qıldığını görmədim”.”

Ənəs ibn Malik əl-Ənsari
Səhih

İstinad

Buxari, 1179 (Təhəccüd, 60)

Səhih əl-Buxari — Təhəccüd kitabı