Peyğəmbər ﷺ gecə namazını necə və neçə rükət qılardı?
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ شُعْبَةَ قَالَ حَدَّثَنِى أَبُو جَمْرَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ صَلاَةُ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثَ عَشْرَةَ رَكْعَةً . يَعْنِى بِاللَّيْلِ .
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərin ﷺ namazı on üç rükət olardı”. Bu söz ilə İbn Abbas gecə qılınan nafilə namazlarını nəzərdə tuturdu.”
İbn Abbas
Səhihİstinad
Buxari, 1138 (Təhəccüd, 19)
Səhih əl-Buxari — Təhəccüd kitabı