Təhəccüd kitabı

Peyğəmbər ﷺ gecə namazını necə və neçə rükət qılardı?

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا إِسْرَائِيلُ عَنْ أَبِى حَصِينٍ عَنْ يَحْيَى بْنِ وَثَّابٍ عَنْ مَسْرُوقٍ قَالَ سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِاللَّيْلِ . فَقَالَتْ سَبْعٌ وَتِسْعٌ وَإِحْدَى عَشْرَةَ سِوَى رَكْعَتَىِ الْفَجْرِ .

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişədən ﵂ Allah Elçisinin ﷺ gecə namazı haqda soruşdum. O dedi: “Sübh namazının iki rükət sünnəsindən başqa gah yeddi, gah doqquz, gah da on bir rükət qılardı”.”

Məsruq
Səhih

İstinad

Buxari, 1139 (Təhəccüd, 20)

Səhih əl-Buxari — Təhəccüd kitabı