Təhəccüd kitabı

Gecənin axırında yatan

حَدَّثَنِى عَبْدَانُ قَالَ أَخْبَرَنِى أَبِى عَنْ شُعْبَةَ عَنْ أَشْعَثَ سَمِعْتُ أَبِى قَالَ سَمِعْتُ مَسْرُوقًا قَالَ سَأَلْتُ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَىُّ الْعَمَلِ كَانَ أَحَبَّ إِلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتِ الدَّائِمُ . قُلْتُ مَتَى كَانَ يَقُومُ قَالَتْ يَقُومُ إِذَا سَمِعَ الصَّارِخَ . حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلاَمٍ قَالَ أَخْبَرَنَا أَبُو الأَحْوَصِ عَنِ الأَشْعَثِ قَالَ إِذَا سَمِعَ الصَّارِخَ قَامَ فَصَلَّى .

“Rəvayət edilir ki, Məsruq ﵀ demişdir: “Mən Aişədən ﵂ soruşdum: “Peyğəmbərin ﷺ ən çox sevdiyi əməl hansı əməl idi?” O: “Davamlı olan”– deyə cavab verdi. Mən soruşdum: “(O, gecə namazını qılmaq üçün) nə vaxt oyanardı?” Aişə dedi: “Xoruzun səsini eşidəndə (yuxudan) durardı”. Ravi əl-Əşas deyir: “Xoruzun səsini eşitdikdə durub namaz qılardı”.”

Məsruq
Səhih

İstinad

Buxari, 1132 (Təhəccüd, 13)

Səhih əl-Buxari — Təhəccüd kitabı