Peyğəmbər ﷺ ayaqları şişənə qədər gecə namazında durardı
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا مِسْعَرٌ عَنْ زِيَادٍ قَالَ سَمِعْتُ الْمُغِيرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ إِنْ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيَقُومُ لِيُصَلِّىَ حَتَّى تَرِمُ قَدَمَاهُ أَوْ سَاقَاهُ ، فَيُقَالُ لَهُ فَيَقُولُ « أَفَلاَ أَكُونُ عَبْدًا شَكُورًا » .
“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Peyğəmbər ﷺ gecə namazlarını qılarkən ayaqları və ya baldırları şişənə qədər ayaq üstə durardı. Ona (nə üçün özünə bu qədər əziyyət verirsən) deyildikdə belə buyurardı: “Bəs mən şükür edən bir qul olmayımmı?!””
Muğira
Səhihİstinad
Buxari, 1130 (Təhəccüd, 11)
Səhih əl-Buxari — Təhəccüd kitabı