Peyğəmbərin ﷺ gecə namazını və digər nafilə namazlarını qılmağa təşviq etməsi, lakin vacib buyurmaması
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى ذَاتَ لَيْلَةٍ فِى الْمَسْجِدِ فَصَلَّى بِصَلاَتِهِ نَاسٌ ، ثُمَّ صَلَّى مِنَ الْقَابِلَةِ فَكَثُرَ النَّاسُ ، ثُمَّ اجْتَمَعُوا مِنَ اللَّيْلَةِ الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ ، فَلَمْ يَخْرُجْ إِلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا أَصْبَحَ قَالَ « قَدْ رَأَيْتُ الَّذِى صَنَعْتُمْ وَلَمْ يَمْنَعْنِى مِنَ الْخُرُوجِ إِلَيْكُمْ إِلاَّ أَنِّى خَشِيتُ أَنْ تُفْرَضَ عَلَيْكُمْ » ، وَذَلِكَ فِى رَمَضَانَ . « إِنِّى خَشِيتُ أَنْ تُكْتَبَ عَلَيْكُمْ صَلاَةُ اللَّيْلِ » .
“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir gecə məsciddə namaz qıldı, camaat da namaz qıldı. Növbəti gecə o yenə namaza durdu və camaat da ona qoşulub namaz qılmağa başladı. Bu hal üç və ya dörd gecə davam etdi. Sonra isə vaxt yetişdikdə o, camaatın yanına çıxmadı və səhər olduqda belə buyurdu: “Etdiyinizi gördüm, lakin mənim sizin yanınıza çıxmağıma mane olan səbəb, bu namazın sizin üzərinizə vacib olunmasından qorxmağım idi”. Bu, Ramazan ayında olmuşdur”.”
İstinad
Buxari, 1129 (Təhəccüd, 10)
Səhih əl-Buxari — Təhəccüd kitabı