Peyğəmbərin ﷺ gecə namazını və digər nafilə namazlarını qılmağa təşviq etməsi, lakin vacib buyurmaması
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ إِنْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيَدَعُ الْعَمَلَ وَهْوَ يُحِبُّ أَنْ يَعْمَلَ بِهِ خَشْيَةَ أَنْ يَعْمَلَ بِهِ النَّاسُ فَيُفْرَضَ عَلَيْهِمْ ، وَمَا سَبَّحَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سُبْحَةَ الضُّحَى قَطُّ ، وَإِنِّى لأُسَبِّحُهَا .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ yerinə yetirmək istədiyi elə əməllər var idi ki, o, insanların bu əməlləri yerinə yetirdikdən sonra bunun onlara da vacib buyurulacağından ehtiyat etdiyindən həmin əməlləri tərk edərdi. Allah Elçisi ﷺ heç vaxt Duha namazını qılmamışdır, mən isə bu namazı qılıram”.”
İstinad
Buxari, 1128 (Təhəccüd, 9)
Səhih əl-Buxari — Təhəccüd kitabı