Təhəccüd kitabı

Fəsil

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ أَبِى الْعَبَّاسِ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ عَمْرٍو رَضِىَ اللهُ عَنْهُمَا قَالَ لِى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَلَمْ أُخْبَرْ أَنَّكَ تَقُومُ اللَّيْلَ وَتَصُومُ النَّهَارَ » قُلْتُ إِنِّى أَفْعَلُ ذَلِكَ . قَالَ « فَإِنَّكَ إِذَا فَعَلْتَ ذَلِكَ هَجَمَتْ عَيْنُكَ وَنَفِهَتْ نَفْسُكَ ، وَإِنَّ لِنَفْسِكَ حَقٌّ ، وَلأَهْلِكَ حَقٌّ ، فَصُمْ وَأَفْطِرْ ، وَقُمْ وَنَمْ » .

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Peyğəmbər ﷺ mənə belə dedi: “Məgər sənin gecələr namaz qılmağın, gündüzlər oruc tutmağın mənə xəbər verilməyibmi?!” Mən dedim: “Bəli, mən belə edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Şübhəsiz, sən belə etdikdə gözlərin çuxura düşər, nəfsin isə yorular. Sənin nəfsinin də sənin üzərində haqqı var, ailənin də sənin üzərində haqqı var. Ona görə bəzən (nafilə) orucları tut, bəzən tutma, bəzi (gecələri) namaz qıl, bəzi (gecələri) yat!””

Abdullah ibn Amr
Səhih

İstinad

Buxari, 1153 (Təhəccüd, 34)

Səhih əl-Buxari — Təhəccüd kitabı