Şeytan gecə namazını qılmayanın boynunun arxasına düyünlər vurar
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يَعْقِدُ الشَّيْطَانُ عَلَى قَافِيَةِ رَأْسِ أَحَدِكُمْ إِذَا هُوَ نَامَ ثَلاَثَ عُقَدٍ ، يَضْرِبُ كُلَّ عُقْدَةٍ عَلَيْكَ لَيْلٌ طَوِيلٌ فَارْقُدْ ، فَإِنِ اسْتَيْقَظَ فَذَكَرَ اللَّهَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ تَوَضَّأَ انْحَلَّتْ عُقْدَةٌ ، فَإِنْ صَلَّى انْحَلَّتْ عُقْدَةٌ فَأَصْبَحَ نَشِيطًا طَيِّبَ النَّفْسِ ، وَإِلاَّ أَصْبَحَ خَبِيثَ النَّفْسِ كَسْلاَنَ » .
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri yatdıqda şeytan onun boynunun arxasına üç düyün vurur və hər düyün vurduqca: “Gecə uzundur, yat!”– (deyir). Əgər o adam oyanıb Allahı zikr etsə, düyünlərdən biri açılar, dəstəmaz alsa, ikincisi açılar, namaz qılsa, üçüncüsü açılar və beləliklə də o adam səhər gümrah və əhvalı yaxşı olduğu halda yuxudan oyanar. Əks halda isə o, əhvalı çox pis, özü də əzgin halda yuxudan oyanar”.”
İstinad
Buxari, 1142 (Təhəccüd, 23)
Səhih əl-Buxari — Təhəccüd kitabı