Təhəccüd kitabı

Gecə yuxudan oyanaraq namaz qılanın fəziləti

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى الْهَيْثَمُ بْنُ أَبِى سِنَانٍ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ وَهُوَ يَقْصُصُ فِى قَصَصِهِ وَهُوَ يَذْكُرُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ أَخًا لَكُمْ لاَ يَقُولُ الرَّفَثَ . يَعْنِى بِذَلِكَ عَبْدَ اللَّهِ بْنَ رَوَاحَةَ وَفِينَا رَسُولُ اللَّهِ يَتْلُو كِتَابَهُ إِذَا انْشَقَّ مَعْرُوفٌ مِنَ الْفَجْرِ سَاطِعُ أَرَانَا الْهُدَى بَعْدَ الْعَمَى فَقُلُوبُنَا بِهِ مُوقِنَاتٌ أَنَّ مَا قَالَ وَاقِعُ يَبِيتُ يُجَافِى جَنْبَهُ عَنْ فِرَاشِهِ إِذَا اسْتَثْقَلَتْ بِالْمُشْرِكِينَ الْمَضَاجِعُ تَابَعَهُ عُقَيْلٌ . وَقَالَ الزُّبَيْدِىُّ أَخْبَرَنِى الزُّهْرِىُّ عَنْ سَعِيدٍ وَالأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ - رضى الله عنه .

“Əbu Hureyra ﵁ öz rəvayətlərindən birində (insanlara) xatırlatmışdır ki, Allah Elçisi ﷺ belə demişdir: “Həqiqətən, sizin qardaşınız pis söz deməmişdir”. Bununla o, Abdullah ibn Ravahanı (və onun söylədiyi bu şeiri) qəsd etmişdir: “Sübh çağı yetişəndə, dan yeri ağaranda, Allahın Elçisi Quran oxuyur aramızda. Gözlərimiz kor ikən, o bizə yol göstərdi, Sözünün gerçəyini qəlbimiz yəqin etdi. Gecələr böyrünü yatağından qaldırır, müşriklərsə həmin vaxt, dərin yuxuya dalır”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 1155 (Təhəccüd, 36)

Səhih əl-Buxari — Təhəccüd kitabı