Məğrib namazından əvvəl namaz qılmaq
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ قَالَ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى أَيُّوبَ قَالَ حَدَّثَنِى يَزِيدُ بْنُ أَبِى حَبِيبٍ قَالَ سَمِعْتُ مَرْثَدَ بْنَ عَبْدِ اللَّهِ الْيَزَنِىَّ قَالَ أَتَيْتُ عُقْبَةَ بْنَ عَامِرٍ الْجُهَنِىَّ فَقُلْتُ أَلاَ أُعْجِبُكَ مِنْ أَبِى تَمِيمٍ يَرْكَعُ رَكْعَتَيْنِ قَبْلَ صَلاَةِ الْمَغْرِبِ . فَقَالَ عُقْبَةُ إِنَّا كُنَّا نَفْعَلُهُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ . قُلْتُ فَمَا يَمْنَعُكَ الآنَ قَالَ الشُّغْلُ .
“Rəvayət edilir ki, Mərsəd ibn Abdullah əl-Muzəni ﵀ demişdir: “Mən Uqbə ibn Amir əl-Cuhəninin yanına gəldim və dedim: “Səni Əbu Təmimin etdiyinə görə heyrətə salımmı? Əbu Təmim Məğrib namazından əvvəl iki rükət namaz qılır”. Uqbə dedi: “Biz Allah Elçisinin ﷺ zamanında belə edərdik”. Mən dedim: “Bəs indi etməyə nə mane olur?” O dedi: “Məşğuliyyətin çox olması”.”
İstinad
Buxari, 1184 (Təhəccüd, 65)
Səhih əl-Buxari — Təhəccüd kitabı