Səfərdə Duha namazını qılmaq
حَدَّثَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ حَدَّثَنَا عَمْرُو بْنُ مُرَّةَ قَالَ سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ أَبِى لَيْلَى يَقُولُ مَا حَدَّثَنَا أَحَدٌ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الضُّحَى غَيْرَ أُمِّ هَانِئٍ فَإِنَّهَا قَالَتْ إِنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ بَيْتَهَا يَوْمَ فَتْحِ مَكَّةَ فَاغْتَسَلَ وَصَلَّى ثَمَانِىَ رَكَعَاتٍ فَلَمْ أَرَ صَلاَةً قَطُّ أَخَفَّ مِنْهَا ، غَيْرَ أَنَّهُ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ .
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu Leyla ﵀ demişdir: “Bizə Ummu Hanidən başqa heç kim Peyğəmbərin ﷺ Duha namazını qılarkən gördüyünü deməmişdir. Ummu Hani deyir: “Peyğəmbər ﷺ Məkkənin fəthi günü evinə girdi, qüsl alıb səkkiz rükət namaz qıldı. Bu namazdan daha qısa namaz görmədim, lakin Peyğəmbər ﷺ rukuları və səcdələri tam edirdi.”
İstinad
Buxari, 1176 (Təhəccüd, 57)
Səhih əl-Buxari — Təhəccüd kitabı