Fərz namazlardan sonra qılınan nafilə namaz
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ قَالَ أَخْبَرَنَا نَافِعٌ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سَجْدَتَيْنِ قَبْلَ الظُّهْرِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الظُّهْرِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الْمَغْرِبِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الْعِشَاءِ ، وَسَجْدَتَيْنِ بَعْدَ الْجُمُعَةِ ، فَأَمَّا الْمَغْرِبُ وَالْعِشَاءُ فَفِى بَيْتِهِ . قَالَ ابْنُ أَبِى الزِّنَادِ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ نَافِعٍ بَعْدَ الْعِشَاءِ فِى أَهْلِهِ . تَابَعَهُ كَثِيرُ بْنُ فَرْقَدٍ وَأَيُّوبُ عَنْ نَافِعٍ .
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Zöhrdən həm əvvəl, həm də sonra iki rükət, Məğrib namazından sonra iki rükət, İşa namazından sonra iki rükət, Cümə namazından sonra iki rükət namaz qıldım. Məğrib və İşa namazlarına gəlincə, onlar Peyğəmbərin ﷺ evində qılındı”. Nafi deyir ki, İşa namazından sonrakı iki rükəti ailəsi ilə qılardı.”
İstinad
Buxari, 1172 (Təhəccüd, 53)
Səhih əl-Buxari — Təhəccüd kitabı