Təhəccüd kitabı

Fərz namazlardan sonra nafilə qılmayan

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو قَالَ سَمِعْتُ أَبَا الشَّعْثَاءِ جَابِرًا قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَمَانِيًا جَمِيعًا وَسَبْعًا جَمِيعًا . قُلْتُ يَا أَبَا الشَّعْثَاءِ أَظُنُّهُ أَخَّرَ الظُّهْرَ وَعَجَّلَ الْعَصْرَ وَعَجَّلَ الْعِشَاءَ وَأَخَّرَ الْمَغْرِبَ . قَالَ وَأَنَا أَظُنُّهُ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə namazları birləşdirərək yeddi və səkkiz rükət qıldım”. Ravi digər raviyə dedi: “Mən dedim: “Ey Əbu əş-Şə'səi, elə zənn edirəm ki, Allah Elçisi ﷺ Zöhr namazını təxirə salaraq Əsr namazını isə əvvələ çəkərək, Məğrib namazını da təxirə salaraq İşa namazı ilə İşanın ilk vaxtında qıldı”. O dedi: “Mən də elə zənn edirəm”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 1174 (Təhəccüd, 55)

Səhih əl-Buxari — Təhəccüd kitabı