Təhəccüd kitabı

Gecə namazında qiyamı uzatmaq

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الأَعْمَشِ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً ، فَلَمْ يَزَلْ قَائِمًا حَتَّى هَمَمْتُ بِأَمْرِ سَوْءٍ . قُلْنَا وَمَا هَمَمْتَ قَالَ هَمَمْتَ أَنْ أَقْعُدَ وَأَذَرَ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Bir gecə mən Peyğəmbərlə ﷺ birlikdə namaz qıldım. O, qiyamı o qədər uzatdı ki, mən pis bir iş görmək istədim”. Biz soruşduq: “O nə iş idi ki?” O dedi: “Peyğəmbəri ﷺ ayaq üstə buraxaraq yerə oturmaq istədim”.”

Abdullah
Səhih

İstinad

Buxari, 1135 (Təhəccüd, 16)

Səhih əl-Buxari — Təhəccüd kitabı