Nafilə namazların iki rükət-iki rükət qılınması haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا سَيْفُ بْنُ سُلَيْمَانَ الْمَكِّىُّ سَمِعْتُ مُجَاهِدًا يَقُولُ أُتِىَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا فِى مَنْزِلِهِ فَقِيلَ لَهُ هَذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ دَخَلَ الْكَعْبَةَ قَالَ فَأَقْبَلْتُ فَأَجِدُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ خَرَجَ ، وَأَجِدُ بِلاَلاً عِنْدَ الْبَابِ قَائِمًا فَقُلْتُ يَا بِلاَلُ ، صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْكَعْبَةِ قَالَ نَعَمْ . قُلْتُ فَأَيْنَ قَالَ بَيْنَ هَاتَيْنِ الأُسْطُوَانَتَيْنِ . ثُمَّ خَرَجَ فَصَلَّى رَكْعَتَيْنِ فِى وَجْهِ الْكَعْبَةِ . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَوْصَانِى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِرَكْعَتَىِ الضُّحَى . وَقَالَ عِتْبَانُ غَدَا عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بَعْدَ مَا امْتَدَّ النَّهَارُ وَصَفَفْنَا وَرَاءَهُ فَرَكَعَ رَكْعَتَيْنِ .
“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “İbn Ömər ﵄ evində olarkən yanına bir nəfər gəldi və dedi: “Allah Elçisi ﷺ Kəbəyə giribmi?” İbn Ömər dedi: “Mən Allah Elçisi ﷺ Kəbədən çıxanda ora gəldim və Kəbənin qapısının yanında Bilalın dayandığını gördüm və soruşdum: “Ey Bilal, Allah Elçisi ﷺ Kəbədə namaz qıldımı?” O: “Bəli” dedikdə mən: “Hansı tərəfində?” deyə soruşdum. Bilal dedi: “Bu iki sütunun arasında namaz qıldı, sonra bayıra çıxdı və Kəbəyə doğru iki rükət namaz qıldı”. Əbu Abdullah əl-Buxari ﵀ deyir: “Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ mənə iki rükət Duha namazını qılmağı tövsiyyə etmişdir”. İtban ibn Malik ﵁ demişdir: “Günəş yüksəldikdən sonra Allah Elçisi ﷺ və Əbu Bəkr ﵁ yanıma gəldilər. Biz Allah Elçisinin ﷺ arxasında cərgəyə düzüldük, o da bizə iki rükət namaz qıldırdı”.”
İstinad
Buxari, 1167 (Təhəccüd, 48)
Səhih əl-Buxari — Təhəccüd kitabı