Namazda üzərinə səcdə etmək üçün paltarı yerə sərmək
حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا بِشْرٌ حَدَّثَنَا غَالِبٌ عَنْ بَكْرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كُنَّا نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى شِدَّةِ الْحَرِّ ، فَإِذَا لَمْ يَسْتَطِعْ أَحَدُنَا أَنْ يُمَكِّنَ وَجْهَهُ مِنَ الأَرْضِ بَسَطَ ثَوْبَهُ فَسَجَدَ عَلَيْهِ .
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə bərk istidə namaz qılarkən bəzilərimiz istidən üzünü yerə dəydirə bilmədiyinə görə büründüyü paltarın bir ucunu yerə sərər və üzərinə səcdə edərdi”.”
Ənəs ibn Malik
Səhihİstinad
Buxari, 1208 (Namazda əməllər, 11)
Səhih əl-Buxari — Namazda olan əməllər kitabı