Səhih əl-BuxariNamazda olan əməllər kitabı

Kitab 21

Namazda olan əməllər kitabı

كِتَابُ العَمَلِ فِى الصَّلاةِ

26

hədis

Fəsil 1

Namazda olduqda əl ilə işarə edərək nə isə istəmək

باب اسْتِعَانَةِ الْيَدِ فِى الصَّلاَةِ إِذَا كَانَ مِنْ أَمْرِ الصَّلاَةِ

وَقَالَ ابْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا يَسْتَعِينُ الرَّجُلُ فِى صَلاَتِهِ مِنْ جَسَدِهِ بِمَا شَاءَ . وَوَضَعَ أَبُو إِسْحَاقَ قَلَنْسُوَتَهُ فِى الصَّلاَةِ وَرَفَعَهَا . وَوَضَعَ عَلِىٌّ رَضِيَ اللَّهُ عَنْهُ كَفَّهُ عَلَى رُصْغِهِ الأَيْسَرِ ، إِلاَّ أَنْ يَحُكَّ جِلْدًا أَوْ يُصْلِحَ ثَوْبًا 78/2

İbn Abbas ﵄ demişdir: “Adam namaz qılanda hər hansı əzası ilə işarə edərək nə isə istəyə bilər”. Əbu İshaq ﵀ namazda olanda baş geyimini əli ilə qoyub qaldırmışdır. Əli ﵁ namazda sağ əlinin ovucunu sol qolunun biləyi ilə əli arasına qoymuş və demişdir: “Namazda haranısa qaşımaqda bir müşkül yoxdur”.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ أَنَّهُ أَخْبَرَهُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ بَاتَ عِنْدَ مَيْمُونَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا وَهْىَ خَالَتُهُ - قَالَ فَاضْطَجَعْتُ عَلَى عَرْضِ الْوِسَادَةِ ، وَاضْطَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِى طُولِهَا ، فَنَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى انْتَصَفَ اللَّيْلُ أَوْ قَبْلَهُ بِقَلِيلٍ أَوْ بَعْدَهُ بِقَلِيلٍ ، ثُمَّ اسْتَيْقَظَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَلَسَ ، فَمَسَحَ النَّوْمَ عَنْ وَجْهِهِ بِيَدِهِ ، ثُمَّ قَرَأَ الْعَشْرَ آيَاتٍ خَوَاتِيمَ سُورَةِ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ فَتَوَضَّأَ مِنْهَا ، فَأَحْسَنَ وُضُوءَهُ ، ثُمَّ قَامَ يُصَلِّى . قَالَ عَبْدُ اللَّهِ بْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا فَقُمْتُ فَصَنَعْتُ مِثْلَ مَا صَنَعَ ، ثُمَّ ذَهَبْتُ فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِى ، وَأَخَذَ بِأُذُنِى الْيُمْنَى يَفْتِلُهَا بِيَدِهِ ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ ، فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ ، ثُمَّ خَرَجَ فَصَلَّى الصُّبْحَ .

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, bir gecə o, möminlərin anası, xalası Məymunənin ﵂ evində qaldı. İbn Abbas deyir: “Mən yatağın köndələninə uzandım, Allah Elçisi ﷺ və onun zövcəsi isə yatağın uzununa uzandılar. Allah Elçisi ﷺ yatdı. Gecə yarısı yetişdikdə, (və ya bundan bir az əvvəl yaxud bir az sonra yuxudan) oyandı və gözlərini ovxalayıb yuxusunu dağıtdı. Sonra Ali-İmran surəsinin son on ayəsini oxudu. Sonra qalxıb tavandan asılmış köhnə cürdəyə yaxınlaşdı və kamil şəkildə dəstəmaz aldı. Sonra durub namaz qıldı”. Abdullah ibn Abbas ﵄ davam edərək deyir: “Mən də ayağa qalxıb onun etdiyi kimi etdim. Sonra gedib onun yanında durdum. Allah Elçisi ﷺ sağ əlini mənim başıma qoydu və sağ qulağımdan tutub onu dartdı. Sonra iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra da bir rükət namaz qıldı. Sonra yerinə uzandı. Müəzzin onun yanına gəldikdə qalxıb iki rükət qısa namaz qıldı. Sonra gedib Sübh namazını qıldırdı”.”

Abdullah ibn Abbas
SəhihBuxari, 1198 (Namazda əməllər, 1)

Fəsil 2

Namazda olduqda danışmağın qadağan edilməsi

باب مَا يُنْهَى عَنْهُ مِنَ الْكَلاَمِ فِى الصَّلاَةِ

حَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا ابْنُ فُضَيْلٍ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كُنَّا نُسَلِّمُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى الصَّلاَةِ فَيَرُدُّ عَلَيْنَا ، فَلَمَّا رَجَعْنَا مِنْ عِنْدِ النَّجَاشِىِّ سَلَّمْنَا عَلَيْهِ فَلَمْ يَرُدَّ عَلَيْنَا وَقَالَ « إِنَّ فِى الصَّلاَةِ شُغْلاً » .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ namaz qılarkən biz ona salam verərdik, o da bizim salamımızı alardı. Nəcaşinin yanından (Həbəşistandan) qayıtdıqdan sonra biz ona salam verdik, lakin o, bizim salamımızı almadı. Namazı bitirdikdən sonra isə buyurdu: “Həqiqətən, namaz əsnasında (daha vacib) əməl var”.”

Abdullah
SəhihBuxari, 1199 (Namazda əməllər, 2)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى أَخْبَرَنَا عِيسَى - هُوَ ابْنُ يُونُسَ - عَنْ إِسْمَاعِيلَ عَنِ الْحَارِثِ بْنِ شُبَيْلٍ عَنْ أَبِى عَمْرٍو الشَّيْبَانِىِّ قَالَ قَالَ لِى زَيْدُ بْنُ أَرْقَمَ إِنْ كُنَّا لَنَتَكَلَّمُ فِى الصَّلاَةِ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يُكَلِّمُ أَحَدُنَا صَاحِبَهُ بِحَاجَتِهِ حَتَّى نَزَلَتْ {حَافِظُوا عَلَى الصَّلَوَاتِ} الآيَةَ ، فَأُمِرْنَا بِالسُّكُوتِ .

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Zeyd ibn Ərqam mənə dedi: “Peyğəmbərin ﷺ zamanında biz namaz əsnasında danışardıq, birimiz dostuna öz işlərindən danışardı. Nəhayət: “Namazları və günortadan sonrakı orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun” (əl-Bəqərə, 238) ayəsi nazil oldu və bizə susmaq əmr olundu”.”

Əbu Amr əş-Şeybani
SəhihBuxari, 1200 (Namazda əməllər, 3)

Fəsil 3

Kişilərin namazda “subhən-Allah” və “əlhəmdulilləh” demələrinin icazəli olması

باب مَا يَجُوزُ مِنَ التَّسْبِيحِ وَالْحَمْدِ فِى الصَّلاَةِ لِلرِّجَالِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى حَازِمٍ عَنْ أَبِيهِ عَنْ سَهْلٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَ بَنِى عَمْرِو بْنِ عَوْفٍ ، وَحَانَتِ الصَّلاَةُ ، فَجَاءَ بِلاَلٌ أَبَا بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا فَقَالَ حُبِسَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَتَؤُمُّ النَّاسَ قَالَ نَعَمْ إِنْ شِئْتُمْ . فَأَقَامَ بِلاَلٌ الصَّلاَةَ ، فَتَقَدَّمَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَصَلَّى ، فَجَاءَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِى فِى الصُّفُوفِ يَشُقُّهَا شَقًّا حَتَّى قَامَ فِى الصَّفِّ الأَوَّلِ ، فَأَخَذَ النَّاسُ بِالتَّصْفِيحِ . قَالَ سَهْلٌ هَلْ تَدْرُونَ مَا التَّصْفِيحُ هُوَ التَّصْفِيقُ . وَكَانَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرُوا الْتَفَتَ فَإِذَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّفِّ ، فَأَشَارَ إِلَيْهِ مَكَانَكَ . فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ ، فَحَمِدَ اللَّهَ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ وَتَقَدَّمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى .

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Peyğəmbər ﷺ Bəni Amr ibn Auf tayfasının yanına onların arasını düzəltmək getmişdi. Bu əsnada namaz vaxtı yetişdi və Bilal ﵁ Əbu Bəkrin ﵁ yanına gəlib dedi: “Peyğəmbər ﷺ gecikir, sən camaata namaz qıldır”. Əbu Bəkr dedi: “Yaxşı, istəyirsinizsə, qıldırım”. Bilal namaza iqamə verdi. Əbu Bəkr ﵁ önə keçib camaata namaz qıldırmağa başladı. Bu vaxt Peyğəmbər ﷺ gəldi və cərgələri yararaq keçib birinci cərgədə durdu. Bu vaxt camaat “təsfih” etməyə (əl çalmağa) başladı”. Səhl deyir: “Bilirsiniz “təsfih” nədir? “Təsfih” əl çalmaqdır”. Əbu Bəkr ﵁ namaz qılarkən başını arxaya çevirməzdi. Camaat bərkdən əl çalmağa başladıqda o arxaya çevrildi və Peyğəmbərin ﷺ cərgədə durduğunu gördü. Peyğəmbər ﷺ əli ilə ona yerində qalması üçün işarə etdi. Belə olduqda Əbu Bəkr əllərini göyə qaldırıb Allaha həmd etdi, sonra da dal-dala gedib Peyğəmbərin ﷺ arxasında durdu, Peyğəmbər ﷺ isə önə keçdi və namazı qıldırdı.”

Səhl
SəhihBuxari, 1201 (Namazda əməllər, 4)

Fəsil 4

Namaz əsnasında bəzilərinin adlarını deyən və bilmədən başqasına salam verən

باب مَنْ سَمَّى قَوْمًا أَوْ سَلَّمَ فِى الصَّلاَةِ عَلَى غَيْرِهِ مُوَاجَهَةً وَهُوَ لاَ يَعْلَمُ

حَدَّثَنَا عَمْرُو بْنُ عِيسَى حَدَّثَنَا أَبُو عَبْدِ الصَّمَدِ عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الصَّمَدِ حَدَّثَنَا حُصَيْنُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كُنَّا نَقُولُ التَّحِيَّةُ فِى الصَّلاَةِ وَنُسَمِّى ، وَيُسَلِّمُ بَعْضُنَا عَلَى بَعْضٍ ، فَسَمِعَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « قُولُوا التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، فَإِنَّكُمْ إِذَا فَعَلْتُمْ ذَلِكَ فَقَدْ سَلَّمْتُمْ عَلَى كُلِّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ » .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Biz: “Təhiyyət namaz içindədir” deyir, bir-birimizin adlarını çəkərək təhiyyət (salam) deyirdik. Allah Elçisi ﷺ həmin adlara salam dediyimizi eşitdi və buyurdu: “Belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Belə desəniz səmalarda və yerdə Allahın bütün əməlisaleh bəndələrinə salam vermiş olursunuz”.”

Abdullah ibn Məsud
SəhihBuxari, 1202 (Namazda əməllər, 5)

Fəsil 5

Əl çalmaq qadınlara aiddir

باب التَّصْفِيقُ لِلنِّسَاءِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Namazda imam səhv edəndə bunu imama bildirmək üçün) “subhən-Allah” demək kişilər üçün, əl çalmaq qadınlar üçündür”.”

Əbu Hureyra
SəhihBuxari, 1203 (Namazda əməllər, 6)

حَدَّثَنَا يَحْيَى أَخْبَرَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيحُ لِلنِّسَاءِ » .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Namazda imam səhv edəndə bunu imama bildirmək üçün) “subhən-Allah” demək kişilər üçün, əl çalmaq qadınlar üçündür”.”

Səhl ibn Səd
SəhihBuxari, 1204 (Namazda əməllər, 7)

Fəsil 6

Namazda dal-dala yeriyərək arxaya keçən və ya əmr edildiyinə görə önə keçmək

باب مَنْ رَجَعَ الْقَهْقَرَى فِى صَلاَتِهِ ، أَوْ تَقَدَّمَ بِأَمْرٍ يَنْزِلُ بِهِ

رَوَاهُ سَهْلُ بْنُ سَعْدٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

Bunu Səhl ibn Səd ﵁ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ يُونُسُ قَالَ الزُّهْرِىُّ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ الْمُسْلِمِينَ بَيْنَا هُمْ فِى الْفَجْرِ يَوْمَ الاِثْنَيْنِ ، وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يُصَلِّى بِهِمْ فَفَجَأَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ كَشَفَ سِتْرَ حُجْرَةِ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَنَظَرَ إِلَيْهِمْ ، وَهُمْ صُفُوفٌ ، فَتَبَسَّمَ يَضْحَكُ ، فَنَكَصَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى عَقِبَيْهِ ، وَظَنَّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُرِيدُ أَنْ يَخْرُجَ إِلَى الصَّلاَةِ ، وَهَمَّ الْمُسْلِمُونَ أَنْ يَفْتَتِنُوا فِى صَلاَتِهِمْ فَرَحًا بِالنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ رَأَوْهُ ، فَأَشَارَ بِيَدِهِ أَنْ أَتِمُّوا ، ثُمَّ دَخَلَ الْحُجْرَةَ وَأَرْخَى السِّتْرَ ، وَتُوُفِّىَ ذَلِكَ الْيَوْمَ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr ﵁ müsəlmanlara bazar ertəsi günü Sübh namazını qıldırdığı vaxt Peyğəmbər ﷺ Aişənin ﵂ hücrəsində (otağında) olan pərdəni qaldırdı. Allah Elçisi ﷺ onlara baxdı, onlar cərgələrdə namaza durmuşdular. Peyğəmbər ﷺ təbəssüm edərək gülümsədi. Əbu Bəkr ﵁ Allah Elçisinin ﷺ namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı cərgəyə çəkilməyə başladı. Müsəlmanlar (Peyğəmbəri ﷺ görməyin sevinci ilə) namazı pozmaq istədilər. Peyğəmbər ﷺ isə onlara “Namazınızı tamamlayın”- deyə işarə etdi. Sonra pərdəni aşağı salaraq içəri girdi və elə həmin gün də vəfat etdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1205 (Namazda əməllər, 8)

Fəsil 7

Ana namaz qılan övladını çağırdıqda (övlad nə etməlidir)?

باب إِذَا دَعَتِ الأُمُّ وَلَدَهَا فِى الصَّلاَةِ

وَقَالَ اللَّيْثُ حَدَّثَنِى جَعْفَرٌ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « نَادَتِ امْرَأَةٌ ابْنَهَا ، وَهْوَ فِى صَوْمَعَةٍ قَالَتْ يَا جُرَيْجُ . قَالَ اللَّهُمَّ أُمِّى وَصَلاَتِى . قَالَتْ يَا جُرَيْجُ . قَالَ اللَّهُمَّ أُمِّى وَصَلاَتِى . قَالَتْ يَا جُرَيْجُ . قَالَ اللَّهُمَّ أُمِّى وَصَلاَتِى . قَالَتِ اللَّهُمَّ لاَ يَمُوتُ جُرَيْجٌ حَتَّى يَنْظُرَ فِى وَجْهِ الْمَيَامِيسِ . وَكَانَتْ تَأْوِى إِلَى صَوْمَعَتِهِ رَاعِيَةٌ تَرْعَى الْغَنَمَ فَوَلَدَتْ فَقِيلَ لَهَا مِمَّنْ هَذَا الْوَلَدُ قَالَتْ مِنْ جُرَيْجٍ نَزَلَ مِنْ صَوْمَعَتِهِ . قَالَ جُرَيْجٌ أَيْنَ هَذِهِ الَّتِى تَزْعُمُ أَنَّ وَلَدَهَا لِى قَالَ يَا بَابُوسُ مَنْ أَبُوكَ قَالَ رَاعِى الْغَنَمِ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir qadın oğlu öz komasında (namaz qıldığı vaxt) onu çağırdı: “Ey Cureyc!” Oğlu öz-özünə dedi: “Allahım, anam, yoxsa namazım?” Qadın yenə dedi: “Ey Cureyc!” Oğlu öz-özünə dedi: “Allahım, anam, yoxsa namazım?” Qadın yenə dedi: “Ey Cureyc!” Oğlu öz-özünə dedi: “Allahım, anam, yoxsa namazım?” Qadın dedi: “Allahım, Cureyc pozğun qadınların üzünə baxmayınca ölməsin!” Cureycin komasına bir qoyun çobanı olan qadın gələrdi. Qadın bir uşaq dünyaya gətirdi. Qadına: “Bu uşaq kimdəndir?” deyildikdə, qadın dedi: “Cureycdən! O, komasından çıxıb mənimlə yaxınlıq etmişdi”. Bu xəbər Cureycə çatdıqda dedi: “Uşağının mənə aid olmasını iddia edən o qadın hardadır?” Sonra Cureyc körpəyə dedi: “Sənin atan kimdir?” Körpə dedi: “Qoyun otaran bir çobandır!””

Əbu Hureyra
SəhihBuxari, 1206 (Namazda əməllər, 9)

Fəsil 8

Namazda səcdə yerindəki xırda daşları təmizləmək

باب مَسْحِ الْحَصَى فِى الصَّلاَةِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ حَدَّثَنِى مُعَيْقِيبٌ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى الرَّجُلِ يُسَوِّى التُّرَابَ حَيْثُ يَسْجُدُ قَالَ « إِنْ كُنْتَ فَاعِلاً فَوَاحِدَةً » .

“Mueyqib ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ bir nəfərin səcdə etdikdə torpağı əli ilə hamarladığını görüb dedi: “Bunu etmək istəyirsənsə, bir dəfə et”.”

Mueyqib
SəhihBuxari, 1207 (Namazda əməllər, 10)

Fəsil 9

Namazda üzərinə səcdə etmək üçün paltarı yerə sərmək

باب بَسْطِ الثَّوْبِ فِى الصَّلاَةِ لِلسُّجُودِ

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا بِشْرٌ حَدَّثَنَا غَالِبٌ عَنْ بَكْرِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كُنَّا نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى شِدَّةِ الْحَرِّ ، فَإِذَا لَمْ يَسْتَطِعْ أَحَدُنَا أَنْ يُمَكِّنَ وَجْهَهُ مِنَ الأَرْضِ بَسَطَ ثَوْبَهُ فَسَجَدَ عَلَيْهِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə bərk istidə namaz qılarkən bəzilərimiz istidən üzünü yerə dəydirə bilmədiyinə görə büründüyü paltarın bir ucunu yerə sərər və üzərinə səcdə edərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 1208 (Namazda əməllər, 11)

Fəsil 10

Namazda edilməsinə icazə verilən əməllər nədir?

باب مَا يَجُوزُ مِنَ الْعَمَلِ فِى الصَّلاَةِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ حَدَّثَنَا مَالِكٌ عَنْ أَبِى النَّضْرِ عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كُنْتُ أَمُدُّ رِجْلِى فِى قِبْلَةِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّى ، فَإِذَا سَجَدَ غَمَزَنِى فَرَفَعْتُهَا ، فَإِذَا قَامَ مَدَدْتُهَا .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ namaz qılarkən qarşısında yatdığıma görə ayaqlarım onun qiblə tərəfinə uzadılmış halda olardı. Peyğəmbər ﷺ səcdəyə getdikdə əli ilə mənə toxunar, mən də ayaqlarımı yığardım. O, səcdədən qalxdıqda isə mən yenidən ayaqlarımı uzadardım”.”

Aişə
SəhihBuxari, 1209 (Namazda əməllər, 12)

حَدَّثَنَا مَحْمُودٌ حَدَّثَنَا شَبَابَةُ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ صَلَّى صَلاَةً قَالَ « إِنَّ الشَّيْطَانَ عَرَضَ لِى ، فَشَدَّ عَلَىَّ لِيَقْطَعَ الصَّلاَةَ عَلَىَّ ، فَأَمْكَنَنِى اللَّهُ مِنْهُ ، فَذَعَتُّهُ ، وَلَقَدْ هَمَمْتُ أَنْ أُوثِقَهُ إِلَى سَارِيَةٍ حَتَّى تُصْبِحُوا فَتَنْظُرُوا إِلَيْهِ فَذَكَرْتُ قَوْلَ سُلَيْمَانَ - عَلَيْهِ السَّلاَمُ - رَبِّ هَبْ لِى مُلْكًا لاَ يَنْبَغِى لأَحَدٍ مِنْ بَعْدِى . فَرَدَّهُ اللَّهُ خَاسِيًا » . ثُمَّ قَالَ النَّضْرُ بْنُ شُمَيْلٍ فَذَعَتُّهُ بِالذَّالِ أَىْ خَنَقْتُهُ وَفَدَعَّتُّهُ مِنْ قَوْلِ اللَّهِ { يَوْمَ يُدَعُّونَ } أَىْ يُدْفَعُونَ وَالصَّوَابُ ، فَدَعَتُّهُ إِلاَّ أَنَّهُ كَذَا قَالَ بِتَشْدِيدِ الْعَيْنِ وَالتَّاءِ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ namaz qıldı və belə buyurdu: “Həqiqətən, şeytan namazımı pozmaq üçün mənim qarşıma gəldi və mənə hücum etdi. Allah da mənə ona istədiyimi etmək qüvvəsi verdi. Mən də onun boğazından sıxmağa başladım. And olsun ki, səhər olduqda hamınız ona baxasınız deyə onu bir sütuna bağlamaq istədim, lakin Süleymanın ﵇ “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın” (Sad, 35) deməsi yadıma düşdü. Allah da onu iti qovan kimi qovdu”.”

Əbu Hureyra
SəhihBuxari, 1210 (Namazda əməllər, 13)

Fəsil 11

Namaz qılarkən minik heyvanı açılıb qaçarsa nə etmək lazımdır?

باب إِذَا انْفَلَتَتِ الدَّابَّةُ فِى الصَّلاَةِ

وَقَالَ قَتَادَةُ إِنْ أُخِذَ ثَوْبُهُ يَتْبَعُ السَّارِقَ وَيَدَعُ الصَّلاَةَ .

Qatədə ﵀ demişdir: “Bir kimsə namaz qıldıqda oğru tərəfindən paltarının götürüldüyünü görsə, namazdan çıxıb oğrunun dalıyca gedir”.

حَدَّثَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ حَدَّثَنَا الأَزْرَقُ بْنُ قَيْسٍ قَالَ كُنَّا بِالأَهْوَازِ نُقَاتِلُ الْحَرُورِيَّةَ ، فَبَيْنَا أَنَا عَلَى جُرُفِ نَهَرٍ إِذَا رَجُلٌ يُصَلِّى ، وَإِذَا لِجَامُ دَابَّتِهِ بِيَدِهِ فَجَعَلَتِ الدَّابَّةُ تُنَازِعُهُ ، وَجَعَلَ يَتْبَعُهَا - قَالَ شُعْبَةُ - هُوَ أَبُو بَرْزَةَ الأَسْلَمِىُّ - فَجَعَلَ رَجُلٌ مِنَ الْخَوَارِجِ يَقُولُ اللَّهُمَّ افْعَلْ بِهَذَا الشَّيْخِ . فَلَمَّا انْصَرَفَ الشَّيْخُ قَالَ إِنِّى سَمِعْتُ قَوْلَكُمْ ، وَإِنِّى غَزَوْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ سِتَّ غَزَوَاتٍ أَوْ سَبْعَ غَزَوَاتٍ وَثَمَانِيًا ، وَشَهِدْتُ تَيْسِيرَهُ ، وَإِنِّى أَنْ كُنْتُ أَنْ أُرَاجِعَ مَعَ دَابَّتِى أَحَبُّ إِلَىَّ مِنْ أَنْ أَدَعَهَا تَرْجِعُ إِلَى مَأْلَفِهَا فَيَشُقَّ عَلَىَّ .

“Şubə ﵀ rəvayət edir ki, Əzraq ibn Qeys onlara belə rəvayət etdi: “Biz Əhvazda Hərurilərlə döyüşərkən mən çayın qırağında idim. Orada mən bir nəfərin namaz qıldığını və (namaz vaxtı) atının yüyənini əlində saxladığını gördüm. Birdən at onu çəkib aparmağa başladı”. Şubə deyir: “Bu, Əbu Bərzə əl-Əsləmi idi”. Əzraq ibn Qeys dedi: “Bu vaxt xavariclərdən biri dedi: “Allahım, bu qocanın cəzasını ver!” Qoca namazı bitirdikdən sonra dedi: “Mən sizin dediklərinizi eşitdim. (Biləsiniz ki,) mən Allah Elçisi ﷺ ilə birlikdə altı, yeddi, ya da səkkiz döyüşdə iştirak etmişəm. Mən onun (belə hallarda insanlarla həmişə) yumşaq rəftar etdiyini görmüşəm. Mənim üçün atımı tutub saxlamaq, onu otlağa buraxıb nigaran qalmaqdan daha yaxşıdır”.”

Şubə
SəhihBuxari, 1211 (Namazda əməllər, 14)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ قَالَ قَالَتْ عَائِشَةُ خَسَفَتِ الشَّمْسُ ، فَقَامَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَرَأَ سُورَةً طَوِيلَةً ، ثُمَّ رَكَعَ فَأَطَالَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ اسْتَفْتَحَ بِسُورَةٍ أُخْرَى ، ثُمَّ رَكَعَ حَتَّى قَضَاهَا وَسَجَدَ ، ثُمَّ فَعَلَ ذَلِكَ فِى الثَّانِيَةِ ، ثُمَّ قَالَ « إِنَّهُمَا آيَتَانِ مِنْ آيَاتِ اللَّهِ ، فَإِذَا رَأَيْتُمْ ذَلِكَ فَصَلُّوا حَتَّى يُفْرَجَ عَنْكُمْ ، لَقَدْ رَأَيْتُ فِى مَقَامِى هَذَا كُلَّ شَىْءٍ وُعِدْتُهُ ، حَتَّى لَقَدْ رَأَيْتُنِى أُرِيدُ أَنْ آخُذَ قِطْفًا مِنَ الْجَنَّةِ حِينَ رَأَيْتُمُونِى جَعَلْتُ أَتَقَدَّمُ ، وَلَقَدْ رَأَيْتُ جَهَنَّمَ يَحْطِمُ بَعْضُهَا بَعْضًا حِينَ رَأَيْتُمُونِى تَأَخَّرْتُ ، وَرَأَيْتُ فِيهَا عَمْرَو بْنَ لُحَىٍّ وَهُوَ الَّذِى سَيَّبَ السَّوَائِبَ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Günəşin üzü tutulduğu vaxt Peyğəmbər ﷺ qalxıb (namaz qıldı və) uzun bir surə oxudu. Sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və başqa bir surə oxuduqdan sonra yenə rukuya getdi, rukunu tamamladıqdan sonra səcdəyə getdi, ikinci rükəti də bu qaydada yerinə yetirdikdən sonra dedi: “Günəşin və ayın tutulması Allahın dəlillərindəndir. Bunu gördüyünüz zaman (onların üzü) açılanadək namaz qılın. Mən dayandığım bu yerdə mənə vəd edilən hər şeyi gördüm. Siz mənim qabağa addım atdığımı gördüyünüz zaman mən Cənnətdən bir salxım (üzüm) götürmək istəyirdim. Mənim dala çəkildiyimi gördüyünüz zaman isə mən Cəhənnəmin (içindəkilərinin) bir-birini yandırıb-yaxdığını gördüm. Mən Cəhənnəmdə Amr ibn Luheyi gördüm. Bu, saibəni sərbəst buraxan kəsdir”.”

Aişə
SəhihBuxari, 1212 (Namazda əməllər, 15)

Fəsil 12

Namaz qılarkən tüpürməyin və üfürməyin icazəli olması

باب مَا يَجُوزُ مِنَ الْبُصَاقِ وَالنَّفْخِ فِى الصَّلاَةِ

وَيُذْكَرُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو نَفَخَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى سُجُودِهِ فِى كُسُوفٍ .

Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ kusuf namazının səcdəsində üfürmüşdür.

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِى قِبْلَةِ الْمَسْجِدِ ، فَتَغَيَّظَ عَلَى أَهْلِ الْمَسْجِدِ وَقَالَ « إِنَّ اللَّهَ قِبَلَ أَحَدِكُمْ ، فَإِذَا كَانَ فِى صَلاَتِهِ ، فَلاَ يَبْزُقَنَّ - أَوْ قَالَ - لاَ يَتَنَخَّمَنَّ » . ثُمَّ نَزَلَ فَحَتَّهَا بِيَدِهِ . وَقَالَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا إِذَا بَزَقَ أَحَدُكُمْ فَلْيَبْزُقْ عَلَى يَسَارِهِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ insanların qabağında namaz qılarkən məscidin qiblə tərəfində bəlğəm gördü və məscid əhlinə qəzəbləndi, sonra buyurdu: “Allah sizin üzünüz tərəfdə olur. Biriniz namaz qıldıqda üzü tərəfə tüpürməsin”.”

İbn Ömər
SəhihBuxari, 1213 (Namazda əməllər, 16)

حَدَّثَنَا مُحَمَّدٌ حَدَّثَنَا غُنْدَرٌ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا كَانَ فِى الصَّلاَةِ فَإِنَّهُ يُنَاجِى رَبَّهُ ، فَلاَ يَبْزُقَنَّ بَيْنَ يَدَيْهِ وَلاَ عَنْ يَمِينِهِ ، وَلَكِنْ عَنْ شِمَالِهِ تَحْتَ قَدَمِهِ الْيُسْرَى » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Namaz qılan öz Rəbbi ilə gizli söhbətə girir. Odur ki, heç kim önünə və qiblə tərəfə tüpürməsin, (tüpürmək istəsə) qoy sol tərəfə və ya ayağının (altına) tüpürsün”.”

Ənəs
SəhihBuxari, 1214 (Namazda əməllər, 17)

Fəsil 13

Namaz qılarkən bilmədən əl çalan kişinin namazının pozulmaması

باب مَنْ صَفَّقَ جَاهِلاً مِنَ الرِّجَالِ فِى صَلاَتِهِ لَمْ تَفْسُدْ صَلاَتُهُ

فِيهِ سَهْلُ بْنُ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu Səhl ibn Səd ﵁ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

Fəsil 14

Namaz qılana “qabağa get” və ya “gözlə” deməkdə bir müşkül yoxdur

باب إِذَا قِيلَ لِلْمُصَلِّى تَقَدَّمْ أَوِ انْتَظِرْ فَانْتَظَرَ فَلاَ بَأْسَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ أَخْبَرَنَا سُفْيَانُ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ النَّاسُ يُصَلُّونَ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ عَاقِدُو أُزْرِهِمْ مِنَ الصِّغَرِ عَلَى رِقَابِهِمْ ، فَقِيلَ لِلنِّسَاءِ « لاَ تَرْفَعْنَ رُءُوسَكُنَّ حَتَّى يَسْتَوِىَ الرِّجَالُ جُلُوسًا » .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Bəzilərinin paltarları dar və kiçik olduğundan fitələrinin ətəklərini boyunlarına bağlayıb Peyğəmbərlə ﷺ birlikdə namaz qılardılar. Buna görə də Peyğəmbər ﷺ camaat namazına gələn qadınlara deyərdi: “Kişilər qalxıb oturanadək siz başınızı (səcdədən) qaldırmayın”.”

Səhl ibn Səd
SəhihBuxari, 1215 (Namazda əməllər, 18)

Fəsil 15

Namaz əsnasında verilən salamı almamaq

باب لاَ يَرُدُّ السَّلاَمَ فِى الصَّلاَةِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا ابْنُ فُضَيْلٍ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنْتُ أُسَلِّمُ عَلَى النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ فِى الصَّلاَةِ فَيَرُدُّ عَلَىَّ ، فَلَمَّا رَجَعْنَا سَلَّمْتُ عَلَيْهِ فَلَمْ يَرُدَّ عَلَىَّ وَقَالَ « إِنَّ فِى الصَّلاَةِ شُغْلاً » .

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ namaz qılarkən mən ona salam verərdim, o da mənim salamımı alardı. Sonra mən ona salam verdim, lakin o mənim salamımı almadı. (Namazı bitirdikdən sonra isə) buyurdu: “Həqiqətən, namaz əsnasında (daha vacib) əməl var”.”

Abdullah
SəhihBuxari, 1216 (Namazda əməllər, 19)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا كَثِيرُ بْنُ شِنْظِيرٍ عَنْ عَطَاءِ بْنِ أَبِى رَبَاحٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ بَعَثَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَاجَةٍ لَهُ فَانْطَلَقْتُ ، ثُمَّ رَجَعْتُ وَقَدْ قَضَيْتُهَا ، فَأَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلَّمْتُ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَىَّ ، فَوَقَعَ فِى قَلْبِى مَا اللَّهُ أَعْلَمُ بِهِ فَقُلْتُ فِى نَفْسِى لَعَلَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ عَلَىَّ أَنِّى أَبْطَأْتُ عَلَيْهِ ، ثُمَّ سَلَّمْتُ عَلَيْهِ فَلَمْ يَرُدَّ عَلَىَّ ، فَوَقَعَ فِى قَلْبِى أَشَدُّ مِنَ الْمَرَّةِ الأُولَى ، ثُمَّ سَلَّمْتُ عَلَيْهِ فَرَدَّ عَلَىَّ فَقَالَ « إِنَّمَا مَنَعَنِى أَنْ أَرُدَّ عَلَيْكَ أَنِّى كُنْتُ أُصَلِّى » . وَكَانَ عَلَى رَاحِلَتِهِ مُتَوَجِّهًا إِلَى غَيْرِ الْقِبْلَةِ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ məni bir iş dalınca göndərdi və mən dərhal gedib o işi gördüm, sonra onun yanına qayıtdım. Mən Peyğəmbərə ﷺ yaxınlaşaraq salam verdim, lakin o mənim salamımı almadı. Bir Allah bilir ki, mənim qəlbimdən nələr keçdi. Öz-özümə dedim: “Ola bilsin ki, ləngidiyimə görə Allah Elçisinin ﷺ mənə qəzəbi tutmuşdur?” Mən bir də ona salam verdim, lakin o, yenə mənim salamımı almadı. Bu məni əvvəlkindən də çox kədərləndirdi. Mən yenə ona salam verdim. Bu dəfə o mənim salamımı aldı və dedi: “Mənə sənin salamını almağa maneə olan yalnız namaz qılmağım idi”. Həmin vaxt Allah Elçisi ﷺ dəvəsinin üstündə idi və qiblədən başqa bir tərəfə yönəlmişdi”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 1217 (Namazda əməllər, 20)

Fəsil 16

Namaz əsnasında baş verəcək bir şeyə görə əli qaldırmaq

باب رَفْعِ الأَيْدِى فِى الصَّلاَةِ لأَمْرٍ يَنْزِلُ بِهِ

حَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ بَلَغَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ بَنِى عَمْرِو بْنِ عَوْفٍ بِقُبَاءٍ كَانَ بَيْنَهُمْ شَىْءٌ ، فَخَرَجَ يُصْلِحُ بَيْنَهُمْ فِى أُنَاسٍ مِنْ أَصْحَابِهِ ، فَحُبِسَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَانَتِ الصَّلاَةُ ، فَجَاءَ بِلاَلٌ إِلَى أَبِى بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا فَقَالَ يَا أَبَا بَكْرٍ ، إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ حُبِسَ وَقَدْ حَانَتِ الصَّلاَةُ ، فَهَلْ لَكَ أَنْ تَؤُمَّ النَّاسَ قَالَ نَعَمْ إِنْ شِئْتَ . فَأَقَامَ بِلاَلٌ الصَّلاَةَ ، وَتَقَدَّمَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَكَبَّرَ لِلنَّاسِ ، وَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِى فِى الصُّفُوفِ يَشُقُّهَا شَقًّا ، حَتَّى قَامَ فِى الصَّفِّ ، فَأَخَذَ النَّاسُ فِى التَّصْفِيحِ . قَالَ سَهْلٌ التَّصْفِيحُ هُوَ التَّصْفِيقُ . قَالَ وَكَانَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرَ النَّاسُ الْتَفَتَ فَإِذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ ، يَأْمُرُهُ أَنْ يُصَلِّىَ ، فَرَفَعَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يَدَهُ ، فَحَمِدَ اللَّهَ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ حَتَّى قَامَ فِى الصَّفِّ ، وَتَقَدَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى لِلنَّاسِ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « يَا أَيُّهَا النَّاسُ مَا لَكُمْ حِينَ نَابَكُمْ شَىْءٌ فِى الصَّلاَةِ أَخَذْتُمْ بِالتَّصْفِيحِ إِنَّمَا التَّصْفِيحُ لِلنِّسَاءِ ، مَنْ نَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيَقُلْ سُبْحَانَ اللَّهِ » . ثُمَّ الْتَفَتَ إِلَى أَبِى بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ « يَا أَبَا بَكْرٍ ، مَا مَنَعَكَ أَنْ تُصَلِّىَ لِلنَّاسِ حِينَ أَشَرْتُ إِلَيْكَ » . قَالَ أَبُو بَكْرٍ مَا كَانَ يَنْبَغِى لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Quba'da olan Bəni Amr ibn Auf tayfasının aralarında olan mübahisə haqda Allah Elçisinə ﷺ xəbər çatdıqda bir neçə səhabəsi birlikdə onların aralarını islah etmək üçün getmişdi. Allah Elçisi ﷺ bir qədər yubanırdı. Bu əsnada namaz vaxtı yetişdi və Bilal ﵁ Əbu Bəkrin ﵁ yanına gəlib dedi: “Ey Əbu Bəkr, Allah Elçisi ﷺ bir qədər yubanıb, namazın vaxtı da yetişib. Camaata sən namaz qıldıra bilərsən?” Əbu Bəkr dedi: “Bəli, əgər istəyirsənsə, qıldıraram”. Beləliklə, Bilal iqamə verdi, Əbu Bəkr ﵁ də önə keçib təkbir edərək namaza başladı. Bu vaxt Allah Elçisi ﷺ gələrək cərgələri yara-yara ön cərgədə durdu. Camaat əl çalmağa başladı, lakin Əbu Bəkr ﵁ namaz qılarkən başını arxaya çevirməzdi. Camaatın əl çalmağı çoxaldıqda (o arxaya çevrildi və Allah Elçisini ﷺ gördü). Allah Elçisi ﷺ əli ilə onun namazı qılmasına işarə etdi. Belə olduqda Əbu Bəkr ﵁ əllərini göyə qaldırıb Peyğəmbərin ﷺ ona verdiyi əmrə görə Allaha həmd dedi. Sonra da arxaya dal-dala çəkilib birinci cərgədə durdu. Allah Elçisi ﷺ isə önə keçib camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra insanlara doğru çevrilib buyurdu: “Ey insanlar! Nəyə görə namazda bir şey olduqda əl çalırsınız? Həqiqətən, əl çalmaq qadınlara aiddir. Kim namaz əsnasında özündə şübhə doğuran bir şey (görsə), qoy: “Subhən-Allah!” Sonra Əbu Bəkrə ﵁ tərəf yönəlib buyurdu: “Ey Əbu Bəkr, sənə işarə etdiyim halda camaata namaz qıldırmağına mane olan nə idi?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna Allah Elçisi ﷺ qarşısında namaz qılmaq yaraşmazdı”.”

Səhl ibn Səd
SəhihBuxari, 1218 (Namazda əməllər, 21)

Fəsil 17

Namaz əsnasında əli böyürə qoymaq

باب الْخَصْرِ فِى الصَّلاَةِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ نُهِىَ عَنِ الْخَصْرِ فِى الصَّلاَةِ . وَقَالَ هِشَامٌ وَأَبُو هِلاَلٍ عَنِ ابْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bizə namaz əsnasında əlləri belə qoyub namaz qılmaq qadağan edilmişdir”. Ravi deyir ki, Əbu Hureyra bunu Peyğəmbərdən ﷺ rəvayət etmişdir.”

Əbu Hureyra
SəhihBuxari, 1219 (Namazda əməllər, 22)

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ حَدَّثَنَا يَحْيَى حَدَّثَنَا هِشَامٌ حَدَّثَنَا مُحَمَّدٌ عَنْ أَبِى هُرَيْرَةَ رضى الله عنه قَالَ نُهِىَ أَنْ يُصَلِّىَ الرَّجُلُ مُخْتَصِرًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bizə namaz əsnasında əlləri belə qoyub namaz qılmaq qadağan edilmişdir”.”

Əbu Hureyra
SəhihBuxari, 1220 (Namazda əməllər, 23)

Fəsil 18

Adamın namaz əsnasında nəsə düşünməsi

باب تَفَكُّرِ الرَّجُلِ الشَّىْءَ فِى الصَّلاَةِ

وَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ إِنِّى لأُجَهِّزُ جَيْشِى وَأَنَا فِى الصَّلاَةِ .

Ömər ﵁ demişdir: “Mən namaz əsnasında ordunun təchizatı haqda düşünürəm”.

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا رَوْحٌ حَدَّثَنَا عُمَرُ - هُوَ ابْنُ سَعِيدٍ - قَالَ أَخْبَرَنِى ابْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ ، فَلَمَّا سَلَّمَ قَامَ سَرِيعًا دَخَلَ عَلَى بَعْضِ نِسَائِهِ ، ثُمَّ خَرَجَ وَرَأَى مَا فِى وُجُوهِ الْقَوْمِ مِنْ تَعَجُّبِهِمْ لِسُرْعَتِهِ فَقَالَ « ذَكَرْتُ وَأَنَا فِى الصَّلاَةِ تِبْرًا عِنْدَنَا ، فَكَرِهْتُ أَنْ يُمْسِىَ أَوْ يَبِيتَ عِنْدَنَا فَأَمَرْتُ بِقِسْمَتِهِ » .

“Rəvayət edilir ki, Uqbə ibn əl-Haris ﵁ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə Əsr namazını qıldım. O, salamları verdikdən sonra dərhal ayağa qalxıb zövcələrindən birinin yanına getdi. Sonra bayıra çıxdıqda dərhal getməsinə görə camaatın üzündə təəccüb hissini görüb buyurdu: “Evimizdə olan qızılı xatırladım və bizim yanımızda axşama çıxmasını (və ya bizim yanımızda gecələməsini) istəmədim. Buna görə də onun bölüşdürülüb paylanmasını əmr etdim”.”

Uqbə ibn əl-Haris
SəhihBuxari, 1221 (Namazda əməllər, 24)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ حَدَّثَنَا اللَّيْثُ عَنْ جَعْفَرٍ عَنِ الأَعْرَجِ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أُذِّنَ بِالصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ لَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ ، فَإِذَا سَكَتَ الْمُؤَذِّنُ أَقْبَلَ ، فَإِذَا ثُوِّبَ أَدْبَرَ فَإِذَا سَكَتَ أَقْبَلَ ، فَلاَ يَزَالُ بِالْمَرْءِ يَقُولُ لَهُ اذْكُرْ مَا لَمْ يَكُنْ يَذْكُرُ حَتَّى لاَ يَدْرِى كَمْ صَلَّى » . قَالَ أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ إِذَا فَعَلَ أَحَدُكُمْ ذَلِكَ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ قَاعِدٌ . وَسَمِعَهُ أَبُو سَلَمَةَ مِنْ أَبِى هُرَيْرَةَ - رضى الله عنه .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün azan verildikdə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu azanı eşitməsin. Müəzzin susduqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, müəzzin iqaməni bitirib susduqda isə geri qayıdır və insanın yanında dayanıb ona: “Filan şeyi və filan şeyi yadına sal”– deyərək (namazı qurtarana qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını (yadına sala) bilmir”. Əbu Sələmə ibn Abdur-Rahmən dedi: “Sizdən biriniz bunu etdikdə oturduğu halda iki dəfə səcdə etsin”. Əbu Sələmə bunu Əbu Hureyradan ﵁ eşitmişdir.”

Əbu Hureyra
SəhihBuxari, 1222 (Namazda əməllər, 25)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ قَالَ أَخْبَرَنِى ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ النَّاسُ أَكْثَرَ أَبُو هُرَيْرَةَ ، فَلَقِيتُ رَجُلاً فَقُلْتُ بِمَ قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْبَارِحَةَ فِى الْعَتَمَةِ فَقَالَ لاَ أَدْرِى . فَقُلْتُ لَمْ تَشْهَدْهَا قَالَ بَلَى . قُلْتُ لَكِنْ أَنَا أَدْرِى ، قَرَأَ سُورَةَ كَذَا وَكَذَا .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “İnsanlar “Əbu Hureyra çox hədis rəvayət edir!” deyirdi. Mən də bir kişiyə rast gəlib ona dedim: “Allah Elçisi ﷺ dünən gecə İşa namazında hansı surəni oxuyurdu?” O dedi: “Bilmirəm”. Mən dedim: “Sən orda deyildin?” O dedi: “Orda idim”. Mən dedim: “Amma mən onun hansı surəni oxuduğunu bilirəm. O, filan və filan surələri oxuyurdu”.”

Əbu Hureyra
SəhihBuxari, 1223 (Namazda əməllər, 26)