Namazda olan əməllər kitabı

Namazda olduqda danışmağın qadağan edilməsi

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى أَخْبَرَنَا عِيسَى - هُوَ ابْنُ يُونُسَ - عَنْ إِسْمَاعِيلَ عَنِ الْحَارِثِ بْنِ شُبَيْلٍ عَنْ أَبِى عَمْرٍو الشَّيْبَانِىِّ قَالَ قَالَ لِى زَيْدُ بْنُ أَرْقَمَ إِنْ كُنَّا لَنَتَكَلَّمُ فِى الصَّلاَةِ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يُكَلِّمُ أَحَدُنَا صَاحِبَهُ بِحَاجَتِهِ حَتَّى نَزَلَتْ {حَافِظُوا عَلَى الصَّلَوَاتِ} الآيَةَ ، فَأُمِرْنَا بِالسُّكُوتِ .

“Rəvayət edilir ki, Əbu Amr əş-Şeybani ﵀ demişdir: “Zeyd ibn Ərqam mənə dedi: “Peyğəmbərin ﷺ zamanında biz namaz əsnasında danışardıq, birimiz dostuna öz işlərindən danışardı. Nəhayət: “Namazları və günortadan sonrakı orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun” (əl-Bəqərə, 238) ayəsi nazil oldu və bizə susmaq əmr olundu”.”

Əbu Amr əş-Şeybani
Səhih

İstinad

Buxari, 1200 (Namazda əməllər, 3)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı