Kişilərin namazda “subhən-Allah” və “əlhəmdulilləh” demələrinin icazəli olması
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى حَازِمٍ عَنْ أَبِيهِ عَنْ سَهْلٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَ بَنِى عَمْرِو بْنِ عَوْفٍ ، وَحَانَتِ الصَّلاَةُ ، فَجَاءَ بِلاَلٌ أَبَا بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا فَقَالَ حُبِسَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَتَؤُمُّ النَّاسَ قَالَ نَعَمْ إِنْ شِئْتُمْ . فَأَقَامَ بِلاَلٌ الصَّلاَةَ ، فَتَقَدَّمَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَصَلَّى ، فَجَاءَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِى فِى الصُّفُوفِ يَشُقُّهَا شَقًّا حَتَّى قَامَ فِى الصَّفِّ الأَوَّلِ ، فَأَخَذَ النَّاسُ بِالتَّصْفِيحِ . قَالَ سَهْلٌ هَلْ تَدْرُونَ مَا التَّصْفِيحُ هُوَ التَّصْفِيقُ . وَكَانَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرُوا الْتَفَتَ فَإِذَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّفِّ ، فَأَشَارَ إِلَيْهِ مَكَانَكَ . فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ ، فَحَمِدَ اللَّهَ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ وَتَقَدَّمَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى .
“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Peyğəmbər ﷺ Bəni Amr ibn Auf tayfasının yanına onların arasını düzəltmək getmişdi. Bu əsnada namaz vaxtı yetişdi və Bilal ﵁ Əbu Bəkrin ﵁ yanına gəlib dedi: “Peyğəmbər ﷺ gecikir, sən camaata namaz qıldır”. Əbu Bəkr dedi: “Yaxşı, istəyirsinizsə, qıldırım”. Bilal namaza iqamə verdi. Əbu Bəkr ﵁ önə keçib camaata namaz qıldırmağa başladı. Bu vaxt Peyğəmbər ﷺ gəldi və cərgələri yararaq keçib birinci cərgədə durdu. Bu vaxt camaat “təsfih” etməyə (əl çalmağa) başladı”. Səhl deyir: “Bilirsiniz “təsfih” nədir? “Təsfih” əl çalmaqdır”. Əbu Bəkr ﵁ namaz qılarkən başını arxaya çevirməzdi. Camaat bərkdən əl çalmağa başladıqda o arxaya çevrildi və Peyğəmbərin ﷺ cərgədə durduğunu gördü. Peyğəmbər ﷺ əli ilə ona yerində qalması üçün işarə etdi. Belə olduqda Əbu Bəkr əllərini göyə qaldırıb Allaha həmd etdi, sonra da dal-dala gedib Peyğəmbərin ﷺ arxasında durdu, Peyğəmbər ﷺ isə önə keçdi və namazı qıldırdı.”
İstinad
Buxari, 1201 (Namazda əməllər, 4)
Səhih əl-Buxari — Namazda olan əməllər kitabı