Namazda olan əməllər kitabı

Namaz əsnasında verilən salamı almamaq

حَدَّثَنَا أَبُو مَعْمَرٍ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا كَثِيرُ بْنُ شِنْظِيرٍ عَنْ عَطَاءِ بْنِ أَبِى رَبَاحٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ بَعَثَنِى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى حَاجَةٍ لَهُ فَانْطَلَقْتُ ، ثُمَّ رَجَعْتُ وَقَدْ قَضَيْتُهَا ، فَأَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلَّمْتُ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَىَّ ، فَوَقَعَ فِى قَلْبِى مَا اللَّهُ أَعْلَمُ بِهِ فَقُلْتُ فِى نَفْسِى لَعَلَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ عَلَىَّ أَنِّى أَبْطَأْتُ عَلَيْهِ ، ثُمَّ سَلَّمْتُ عَلَيْهِ فَلَمْ يَرُدَّ عَلَىَّ ، فَوَقَعَ فِى قَلْبِى أَشَدُّ مِنَ الْمَرَّةِ الأُولَى ، ثُمَّ سَلَّمْتُ عَلَيْهِ فَرَدَّ عَلَىَّ فَقَالَ « إِنَّمَا مَنَعَنِى أَنْ أَرُدَّ عَلَيْكَ أَنِّى كُنْتُ أُصَلِّى » . وَكَانَ عَلَى رَاحِلَتِهِ مُتَوَجِّهًا إِلَى غَيْرِ الْقِبْلَةِ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ məni bir iş dalınca göndərdi və mən dərhal gedib o işi gördüm, sonra onun yanına qayıtdım. Mən Peyğəmbərə ﷺ yaxınlaşaraq salam verdim, lakin o mənim salamımı almadı. Bir Allah bilir ki, mənim qəlbimdən nələr keçdi. Öz-özümə dedim: “Ola bilsin ki, ləngidiyimə görə Allah Elçisinin ﷺ mənə qəzəbi tutmuşdur?” Mən bir də ona salam verdim, lakin o, yenə mənim salamımı almadı. Bu məni əvvəlkindən də çox kədərləndirdi. Mən yenə ona salam verdim. Bu dəfə o mənim salamımı aldı və dedi: “Mənə sənin salamını almağa maneə olan yalnız namaz qılmağım idi”. Həmin vaxt Allah Elçisi ﷺ dəvəsinin üstündə idi və qiblədən başqa bir tərəfə yönəlmişdi”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Buxari, 1217 (Namazda əməllər, 20)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı