Namazda olan əməllər kitabı

Namaz əsnasında baş verəcək bir şeyə görə əli qaldırmaq

حَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ بَلَغَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّ بَنِى عَمْرِو بْنِ عَوْفٍ بِقُبَاءٍ كَانَ بَيْنَهُمْ شَىْءٌ ، فَخَرَجَ يُصْلِحُ بَيْنَهُمْ فِى أُنَاسٍ مِنْ أَصْحَابِهِ ، فَحُبِسَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَانَتِ الصَّلاَةُ ، فَجَاءَ بِلاَلٌ إِلَى أَبِى بَكْرٍ رَضِىَ اللهُ عَنْهُمَا فَقَالَ يَا أَبَا بَكْرٍ ، إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ حُبِسَ وَقَدْ حَانَتِ الصَّلاَةُ ، فَهَلْ لَكَ أَنْ تَؤُمَّ النَّاسَ قَالَ نَعَمْ إِنْ شِئْتَ . فَأَقَامَ بِلاَلٌ الصَّلاَةَ ، وَتَقَدَّمَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَكَبَّرَ لِلنَّاسِ ، وَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِى فِى الصُّفُوفِ يَشُقُّهَا شَقًّا ، حَتَّى قَامَ فِى الصَّفِّ ، فَأَخَذَ النَّاسُ فِى التَّصْفِيحِ . قَالَ سَهْلٌ التَّصْفِيحُ هُوَ التَّصْفِيقُ . قَالَ وَكَانَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرَ النَّاسُ الْتَفَتَ فَإِذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ ، يَأْمُرُهُ أَنْ يُصَلِّىَ ، فَرَفَعَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يَدَهُ ، فَحَمِدَ اللَّهَ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ حَتَّى قَامَ فِى الصَّفِّ ، وَتَقَدَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى لِلنَّاسِ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « يَا أَيُّهَا النَّاسُ مَا لَكُمْ حِينَ نَابَكُمْ شَىْءٌ فِى الصَّلاَةِ أَخَذْتُمْ بِالتَّصْفِيحِ إِنَّمَا التَّصْفِيحُ لِلنِّسَاءِ ، مَنْ نَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيَقُلْ سُبْحَانَ اللَّهِ » . ثُمَّ الْتَفَتَ إِلَى أَبِى بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ « يَا أَبَا بَكْرٍ ، مَا مَنَعَكَ أَنْ تُصَلِّىَ لِلنَّاسِ حِينَ أَشَرْتُ إِلَيْكَ » . قَالَ أَبُو بَكْرٍ مَا كَانَ يَنْبَغِى لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Quba'da olan Bəni Amr ibn Auf tayfasının aralarında olan mübahisə haqda Allah Elçisinə ﷺ xəbər çatdıqda bir neçə səhabəsi birlikdə onların aralarını islah etmək üçün getmişdi. Allah Elçisi ﷺ bir qədər yubanırdı. Bu əsnada namaz vaxtı yetişdi və Bilal ﵁ Əbu Bəkrin ﵁ yanına gəlib dedi: “Ey Əbu Bəkr, Allah Elçisi ﷺ bir qədər yubanıb, namazın vaxtı da yetişib. Camaata sən namaz qıldıra bilərsən?” Əbu Bəkr dedi: “Bəli, əgər istəyirsənsə, qıldıraram”. Beləliklə, Bilal iqamə verdi, Əbu Bəkr ﵁ də önə keçib təkbir edərək namaza başladı. Bu vaxt Allah Elçisi ﷺ gələrək cərgələri yara-yara ön cərgədə durdu. Camaat əl çalmağa başladı, lakin Əbu Bəkr ﵁ namaz qılarkən başını arxaya çevirməzdi. Camaatın əl çalmağı çoxaldıqda (o arxaya çevrildi və Allah Elçisini ﷺ gördü). Allah Elçisi ﷺ əli ilə onun namazı qılmasına işarə etdi. Belə olduqda Əbu Bəkr ﵁ əllərini göyə qaldırıb Peyğəmbərin ﷺ ona verdiyi əmrə görə Allaha həmd dedi. Sonra da arxaya dal-dala çəkilib birinci cərgədə durdu. Allah Elçisi ﷺ isə önə keçib camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra insanlara doğru çevrilib buyurdu: “Ey insanlar! Nəyə görə namazda bir şey olduqda əl çalırsınız? Həqiqətən, əl çalmaq qadınlara aiddir. Kim namaz əsnasında özündə şübhə doğuran bir şey (görsə), qoy: “Subhən-Allah!” Sonra Əbu Bəkrə ﵁ tərəf yönəlib buyurdu: “Ey Əbu Bəkr, sənə işarə etdiyim halda camaata namaz qıldırmağına mane olan nə idi?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna Allah Elçisi ﷺ qarşısında namaz qılmaq yaraşmazdı”.”

Səhl ibn Səd
Səhih

İstinad

Buxari, 1218 (Namazda əməllər, 21)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı