Namazda olan əməllər kitabı

Ana namaz qılan övladını çağırdıqda (övlad nə etməlidir)?

وَقَالَ اللَّيْثُ حَدَّثَنِى جَعْفَرٌ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « نَادَتِ امْرَأَةٌ ابْنَهَا ، وَهْوَ فِى صَوْمَعَةٍ قَالَتْ يَا جُرَيْجُ . قَالَ اللَّهُمَّ أُمِّى وَصَلاَتِى . قَالَتْ يَا جُرَيْجُ . قَالَ اللَّهُمَّ أُمِّى وَصَلاَتِى . قَالَتْ يَا جُرَيْجُ . قَالَ اللَّهُمَّ أُمِّى وَصَلاَتِى . قَالَتِ اللَّهُمَّ لاَ يَمُوتُ جُرَيْجٌ حَتَّى يَنْظُرَ فِى وَجْهِ الْمَيَامِيسِ . وَكَانَتْ تَأْوِى إِلَى صَوْمَعَتِهِ رَاعِيَةٌ تَرْعَى الْغَنَمَ فَوَلَدَتْ فَقِيلَ لَهَا مِمَّنْ هَذَا الْوَلَدُ قَالَتْ مِنْ جُرَيْجٍ نَزَلَ مِنْ صَوْمَعَتِهِ . قَالَ جُرَيْجٌ أَيْنَ هَذِهِ الَّتِى تَزْعُمُ أَنَّ وَلَدَهَا لِى قَالَ يَا بَابُوسُ مَنْ أَبُوكَ قَالَ رَاعِى الْغَنَمِ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir qadın oğlu öz komasında (namaz qıldığı vaxt) onu çağırdı: “Ey Cureyc!” Oğlu öz-özünə dedi: “Allahım, anam, yoxsa namazım?” Qadın yenə dedi: “Ey Cureyc!” Oğlu öz-özünə dedi: “Allahım, anam, yoxsa namazım?” Qadın yenə dedi: “Ey Cureyc!” Oğlu öz-özünə dedi: “Allahım, anam, yoxsa namazım?” Qadın dedi: “Allahım, Cureyc pozğun qadınların üzünə baxmayınca ölməsin!” Cureycin komasına bir qoyun çobanı olan qadın gələrdi. Qadın bir uşaq dünyaya gətirdi. Qadına: “Bu uşaq kimdəndir?” deyildikdə, qadın dedi: “Cureycdən! O, komasından çıxıb mənimlə yaxınlıq etmişdi”. Bu xəbər Cureycə çatdıqda dedi: “Uşağının mənə aid olmasını iddia edən o qadın hardadır?” Sonra Cureyc körpəyə dedi: “Sənin atan kimdir?” Körpə dedi: “Qoyun otaran bir çobandır!””

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 1206 (Namazda əməllər, 9)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı