Namazda olan əməllər kitabı

Namazda dal-dala yeriyərək arxaya keçən və ya əmr edildiyinə görə önə keçmək

حَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ يُونُسُ قَالَ الزُّهْرِىُّ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ الْمُسْلِمِينَ بَيْنَا هُمْ فِى الْفَجْرِ يَوْمَ الاِثْنَيْنِ ، وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يُصَلِّى بِهِمْ فَفَجَأَهُمُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ كَشَفَ سِتْرَ حُجْرَةِ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَنَظَرَ إِلَيْهِمْ ، وَهُمْ صُفُوفٌ ، فَتَبَسَّمَ يَضْحَكُ ، فَنَكَصَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى عَقِبَيْهِ ، وَظَنَّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُرِيدُ أَنْ يَخْرُجَ إِلَى الصَّلاَةِ ، وَهَمَّ الْمُسْلِمُونَ أَنْ يَفْتَتِنُوا فِى صَلاَتِهِمْ فَرَحًا بِالنَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ رَأَوْهُ ، فَأَشَارَ بِيَدِهِ أَنْ أَتِمُّوا ، ثُمَّ دَخَلَ الْحُجْرَةَ وَأَرْخَى السِّتْرَ ، وَتُوُفِّىَ ذَلِكَ الْيَوْمَ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr ﵁ müsəlmanlara bazar ertəsi günü Sübh namazını qıldırdığı vaxt Peyğəmbər ﷺ Aişənin ﵂ hücrəsində (otağında) olan pərdəni qaldırdı. Allah Elçisi ﷺ onlara baxdı, onlar cərgələrdə namaza durmuşdular. Peyğəmbər ﷺ təbəssüm edərək gülümsədi. Əbu Bəkr ﵁ Allah Elçisinin ﷺ namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı cərgəyə çəkilməyə başladı. Müsəlmanlar (Peyğəmbəri ﷺ görməyin sevinci ilə) namazı pozmaq istədilər. Peyğəmbər ﷺ isə onlara “Namazınızı tamamlayın”- deyə işarə etdi. Sonra pərdəni aşağı salaraq içəri girdi və elə həmin gün də vəfat etdi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Buxari, 1205 (Namazda əməllər, 8)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı