Namaz qılarkən tüpürməyin və üfürməyin icazəli olması
حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى نُخَامَةً فِى قِبْلَةِ الْمَسْجِدِ ، فَتَغَيَّظَ عَلَى أَهْلِ الْمَسْجِدِ وَقَالَ « إِنَّ اللَّهَ قِبَلَ أَحَدِكُمْ ، فَإِذَا كَانَ فِى صَلاَتِهِ ، فَلاَ يَبْزُقَنَّ - أَوْ قَالَ - لاَ يَتَنَخَّمَنَّ » . ثُمَّ نَزَلَ فَحَتَّهَا بِيَدِهِ . وَقَالَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا إِذَا بَزَقَ أَحَدُكُمْ فَلْيَبْزُقْ عَلَى يَسَارِهِ .
“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ insanların qabağında namaz qılarkən məscidin qiblə tərəfində bəlğəm gördü və məscid əhlinə qəzəbləndi, sonra buyurdu: “Allah sizin üzünüz tərəfdə olur. Biriniz namaz qıldıqda üzü tərəfə tüpürməsin”.”
İstinad
Buxari, 1213 (Namazda əməllər, 16)
Səhih əl-Buxari — Namazda olan əməllər kitabı