Adamın namaz əsnasında nəsə düşünməsi
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ قَالَ أَخْبَرَنِى ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ النَّاسُ أَكْثَرَ أَبُو هُرَيْرَةَ ، فَلَقِيتُ رَجُلاً فَقُلْتُ بِمَ قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْبَارِحَةَ فِى الْعَتَمَةِ فَقَالَ لاَ أَدْرِى . فَقُلْتُ لَمْ تَشْهَدْهَا قَالَ بَلَى . قُلْتُ لَكِنْ أَنَا أَدْرِى ، قَرَأَ سُورَةَ كَذَا وَكَذَا .
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “İnsanlar “Əbu Hureyra çox hədis rəvayət edir!” deyirdi. Mən də bir kişiyə rast gəlib ona dedim: “Allah Elçisi ﷺ dünən gecə İşa namazında hansı surəni oxuyurdu?” O dedi: “Bilmirəm”. Mən dedim: “Sən orda deyildin?” O dedi: “Orda idim”. Mən dedim: “Amma mən onun hansı surəni oxuduğunu bilirəm. O, filan və filan surələri oxuyurdu”.”
İstinad
Buxari, 1223 (Namazda əməllər, 26)
Səhih əl-Buxari — Namazda olan əməllər kitabı