Namazda olan əməllər kitabı

Adamın namaz əsnasında nəsə düşünməsi

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ حَدَّثَنَا اللَّيْثُ عَنْ جَعْفَرٍ عَنِ الأَعْرَجِ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أُذِّنَ بِالصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ لَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ ، فَإِذَا سَكَتَ الْمُؤَذِّنُ أَقْبَلَ ، فَإِذَا ثُوِّبَ أَدْبَرَ فَإِذَا سَكَتَ أَقْبَلَ ، فَلاَ يَزَالُ بِالْمَرْءِ يَقُولُ لَهُ اذْكُرْ مَا لَمْ يَكُنْ يَذْكُرُ حَتَّى لاَ يَدْرِى كَمْ صَلَّى » . قَالَ أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ إِذَا فَعَلَ أَحَدُكُمْ ذَلِكَ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ قَاعِدٌ . وَسَمِعَهُ أَبُو سَلَمَةَ مِنْ أَبِى هُرَيْرَةَ - رضى الله عنه .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün azan verildikdə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu azanı eşitməsin. Müəzzin susduqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, müəzzin iqaməni bitirib susduqda isə geri qayıdır və insanın yanında dayanıb ona: “Filan şeyi və filan şeyi yadına sal”– deyərək (namazı qurtarana qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını (yadına sala) bilmir”. Əbu Sələmə ibn Abdur-Rahmən dedi: “Sizdən biriniz bunu etdikdə oturduğu halda iki dəfə səcdə etsin”. Əbu Sələmə bunu Əbu Hureyradan ﵁ eşitmişdir.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 1222 (Namazda əməllər, 25)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı