Adamın namaz əsnasında nəsə düşünməsi
حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا رَوْحٌ حَدَّثَنَا عُمَرُ - هُوَ ابْنُ سَعِيدٍ - قَالَ أَخْبَرَنِى ابْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ ، فَلَمَّا سَلَّمَ قَامَ سَرِيعًا دَخَلَ عَلَى بَعْضِ نِسَائِهِ ، ثُمَّ خَرَجَ وَرَأَى مَا فِى وُجُوهِ الْقَوْمِ مِنْ تَعَجُّبِهِمْ لِسُرْعَتِهِ فَقَالَ « ذَكَرْتُ وَأَنَا فِى الصَّلاَةِ تِبْرًا عِنْدَنَا ، فَكَرِهْتُ أَنْ يُمْسِىَ أَوْ يَبِيتَ عِنْدَنَا فَأَمَرْتُ بِقِسْمَتِهِ » .
“Rəvayət edilir ki, Uqbə ibn əl-Haris ﵁ demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə Əsr namazını qıldım. O, salamları verdikdən sonra dərhal ayağa qalxıb zövcələrindən birinin yanına getdi. Sonra bayıra çıxdıqda dərhal getməsinə görə camaatın üzündə təəccüb hissini görüb buyurdu: “Evimizdə olan qızılı xatırladım və bizim yanımızda axşama çıxmasını (və ya bizim yanımızda gecələməsini) istəmədim. Buna görə də onun bölüşdürülüb paylanmasını əmr etdim”.”
İstinad
Buxari, 1221 (Namazda əməllər, 24)
Səhih əl-Buxari — Namazda olan əməllər kitabı