Namazda olan əməllər kitabı

Namazda olduqda əl ilə işarə edərək nə isə istəmək

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ أَنَّهُ أَخْبَرَهُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ بَاتَ عِنْدَ مَيْمُونَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا وَهْىَ خَالَتُهُ - قَالَ فَاضْطَجَعْتُ عَلَى عَرْضِ الْوِسَادَةِ ، وَاضْطَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَهْلُهُ فِى طُولِهَا ، فَنَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى انْتَصَفَ اللَّيْلُ أَوْ قَبْلَهُ بِقَلِيلٍ أَوْ بَعْدَهُ بِقَلِيلٍ ، ثُمَّ اسْتَيْقَظَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَلَسَ ، فَمَسَحَ النَّوْمَ عَنْ وَجْهِهِ بِيَدِهِ ، ثُمَّ قَرَأَ الْعَشْرَ آيَاتٍ خَوَاتِيمَ سُورَةِ آلِ عِمْرَانَ ، ثُمَّ قَامَ إِلَى شَنٍّ مُعَلَّقَةٍ فَتَوَضَّأَ مِنْهَا ، فَأَحْسَنَ وُضُوءَهُ ، ثُمَّ قَامَ يُصَلِّى . قَالَ عَبْدُ اللَّهِ بْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا فَقُمْتُ فَصَنَعْتُ مِثْلَ مَا صَنَعَ ، ثُمَّ ذَهَبْتُ فَقُمْتُ إِلَى جَنْبِهِ ، فَوَضَعَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدَهُ الْيُمْنَى عَلَى رَأْسِى ، وَأَخَذَ بِأُذُنِى الْيُمْنَى يَفْتِلُهَا بِيَدِهِ ، فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ رَكْعَتَيْنِ ، ثُمَّ أَوْتَرَ ، ثُمَّ اضْطَجَعَ حَتَّى جَاءَهُ الْمُؤَذِّنُ ، فَقَامَ فَصَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ ، ثُمَّ خَرَجَ فَصَلَّى الصُّبْحَ .

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, bir gecə o, möminlərin anası, xalası Məymunənin ﵂ evində qaldı. İbn Abbas deyir: “Mən yatağın köndələninə uzandım, Allah Elçisi ﷺ və onun zövcəsi isə yatağın uzununa uzandılar. Allah Elçisi ﷺ yatdı. Gecə yarısı yetişdikdə, (və ya bundan bir az əvvəl yaxud bir az sonra yuxudan) oyandı və gözlərini ovxalayıb yuxusunu dağıtdı. Sonra Ali-İmran surəsinin son on ayəsini oxudu. Sonra qalxıb tavandan asılmış köhnə cürdəyə yaxınlaşdı və kamil şəkildə dəstəmaz aldı. Sonra durub namaz qıldı”. Abdullah ibn Abbas ﵄ davam edərək deyir: “Mən də ayağa qalxıb onun etdiyi kimi etdim. Sonra gedib onun yanında durdum. Allah Elçisi ﷺ sağ əlini mənim başıma qoydu və sağ qulağımdan tutub onu dartdı. Sonra iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra da bir rükət namaz qıldı. Sonra yerinə uzandı. Müəzzin onun yanına gəldikdə qalxıb iki rükət qısa namaz qıldı. Sonra gedib Sübh namazını qıldırdı”.”

Abdullah ibn Abbas
Səhih

İstinad

Buxari, 1198 (Namazda əməllər, 1)

Səhih əl-Buxari — Namazda olan əməllər kitabı