Beytul-Məqdisin (Qüds məscidinin) fəziləti
حَدَّثَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ الْمَلِكِ سَمِعْتُ قَزَعَةَ مَوْلَى زِيَادٍ قَالَ سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ رَضِيَ اللَّهُ عَنْهُ يُحَدِّثُ بِأَرْبَعٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْجَبْنَنِى وَآنَقْنَنِى قَالَ « لاَ تُسَافِرِ الْمَرْأَةُ يَوْمَيْنِ إِلاَّ مَعَهَا زَوْجُهَا أَوْ ذُو مَحْرَمٍ . وَلاَ صَوْمَ فِى يَوْمَيْنِ الْفِطْرِ وَالأَضْحَى ، وَلاَ صَلاَةَ بَعْدَ صَلاَتَيْنِ بَعْدَ الصُّبْحِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ ، وَلاَ تُشَدُّ الرِّحَالُ إِلاَّ إِلَى ثَلاَثَةِ مَسَاجِدَ مَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِ الأَقْصَى وَمَسْجِدِى » .
“Rəvayət edilir ki, Ziyadın köləlikdən azad etdiyi Qazəa ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudridən ﵁ dörd şey eşitdim ki, o bunu Peyğəmbərdən ﷺ rəvayət edirdi. Bunlar məni həm təəccübləndirdi, həm də sevindirdi: “İman edən qadın əri və ya məhrəmi yanında olmadan səfər etməz. Ramazan və Qurban bayramları günlərində oruc tutmaq olmaz. İki namazdan - Sübh namazından sonra günəş çıxana qədər və Əsr namazından sonra günəş batana qədər namaz qılmaq olmaz. Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: Məscidul-Haram, mənim məscidim və Məscidul-Əqsa”.”
İstinad
Buxari, 1197 (Məscidlərin fəziləti, 10)
Səhih əl-Buxari — Namazın fəziləti