Səhih əl-BuxariNamazın fəziləti

Kitab 20

Namazın fəziləti

فَضْلُ الصَّلاَةِ

10

hədis

Fəsil 1

Məkkə və Mədinə məscidlərində namaz qılmağın fəziləti

باب فَضْلِ الصَّلاَةِ فِى مَسْجِدِ مَكَّةَ وَالْمَدِينَةِ

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَبْدُ الْمَلِكِ بْنُ عُمَيْرٍ عَنْ قَزَعَةَ قَالَ سَمِعْتُ أَبَا سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَرْبَعًا قَالَ سَمِعْتُ مِنَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ غَزَا مَعَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثِنْتَىْ عَشْرَةَ غَزْوَةً ح .

“Rəvayət edilir ki, Qazəa ﵀ demişdir: “Mən Əbu Səiddən ﵁ dörd şey eşitdim, Əbu Səid isə: “Mən bunları Peyğəmbərdən ﷺ eşitdim”- dedi. Əbu Səid Peyğəmbərin ﷺ yanında on iki döyüşdə iştirak etmişdir.”

Qazəa
SəhihBuxari, 1188 (Məscidlərin fəziləti, 1)

حَدَّثَنَا عَلِىٌّ حَدَّثَنَا سُفْيَانُ عَنِ الزُّهْرِىِّ عَنْ سَعِيدٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تُشَدُّ الرِّحَالُ إِلاَّ إِلَى ثَلاَثَةِ مَسَاجِدَ الْمَسْجِدِ الْحَرَامِ ، وَمَسْجِدِ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَسْجِدِ الأَقْصَى » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: bunlar Məscidul-Haram, Allah Elçisinin ﷺ məscidi və Məscidul-Əqsadır”.”

Əbu Hureyra
SəhihBuxari, 1189 (Məscidlərin fəziləti, 2)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ زَيْدِ بْنِ رَبَاحٍ وَعُبَيْدِ اللَّهِ بْنِ أَبِى عَبْدِ اللَّهِ الأَغَرِّ عَنْ أَبِى عَبْدِ اللَّهِ الأَغَرِّ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « صَلاَةٌ فِى مَسْجِدِى هَذَا خَيْرٌ مِنْ أَلْفِ صَلاَةٍ فِيمَا سِوَاهُ إِلاَّ الْمَسْجِدَ الْحَرَامَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mənim bu məscidimdə qılınan (bir) namaz Məscidul-Haram istisna olmaqla, digər məscidlərdə qılınan min namazdan daha xeyirlidir”.”

Əbu Hureyra
SəhihBuxari, 1190 (Məscidlərin fəziləti, 3)

Fəsil 2

Quba' məscidi

باب مَسْجِدِ قُبَاءٍ

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ - هُوَ الدَّوْرَقِىُّ - حَدَّثَنَا ابْنُ عُلَيَّةَ أَخْبَرَنَا أَيُّوبُ عَنْ نَافِعٍ أَنَّ ابْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا كَانَ لاَ يُصَلِّى مِنَ الضُّحَى إِلاَّ فِى يَوْمَيْنِ يَوْمَ يَقْدَمُ بِمَكَّةَ ، فَإِنَّهُ كَانَ يَقْدَمُهَا ضُحًى ، فَيَطُوفُ بِالْبَيْتِ ، ثُمَّ يُصَلِّى رَكْعَتَيْنِ خَلْفَ الْمَقَامِ ، وَيَوْمَ يَأْتِى مَسْجِدَ قُبَاءٍ ، فَإِنَّهُ كَانَ يَأْتِيهِ كُلَّ سَبْتٍ ، فَإِذَا دَخَلَ الْمَسْجِدَ كَرِهَ أَنْ يَخْرُجَ مِنْهُ حَتَّى يُصَلِّىَ فِيهِ . قَالَ وَكَانَ يُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَزُورُهُ رَاكِبًا وَمَاشِيًا .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ iki gündən başqa heç vaxt səhər-səhər namaz qılmazdı. Birinci, Məkkəyə gəldiyi gün, İbn Ömər səhər tezdən şəhərə gələr və Kəbəni təvaf etdikdən sonra İbrahim məqamının arxasında iki rükət namaz qılardı. İkinci, Quba' məscidinə gəldiyi gün, o, hər şənbə günü Quba' məscidinə gedər və iki rükət namaz qılmamış oradan çıxmazdı. O, Peyğəmbərin ﷺ (şənbə günləri) istər minik üstündə, istərsə də piyada bu məscidə getdiyini rəvayət edərdi.”

İbn Ömər
SəhihBuxari, 1191 (Məscidlərin fəziləti, 4)

قَالَ وَكَانَ يَقُولُ إِنَّمَا أَصْنَعُ كَمَا رَأَيْتُ أَصْحَابِى يَصْنَعُونَ ، وَلاَ أَمْنَعُ أَحَدًا أَنْ يُصَلِّىَ فِى أَىِّ سَاعَةٍ شَاءَ مِنْ لَيْلٍ أَوْ نَهَارٍ ، غَيْرَ أَنْ لاَ تَتَحَرَّوْا طُلُوعَ الشَّمْسِ وَلاَ غُرُوبَهَا .

“İbn Ömər ﵄ deyərdi: “Mən ancaq dostlarımın etdiyini edirəm və heç kəsə günəşin çıxdığı və batdığı vaxt istisna olmaqla, gecə və ya gündüz vaxtı istədiyi saatda namaz qılmağı qadağan etmirəm”.”

İbn Ömər
SəhihBuxari, 1192 (Məscidlərin fəziləti, 5)

Fəsil 3

Hər şənbə günü Quba' məscidinə gələn

باب مَنْ أَتَى مَسْجِدَ قُبَاءٍ كُلَّ سَبْتٍ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُسْلِمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِى مَسْجِدَ قُبَاءٍ كُلَّ سَبْتٍ مَاشِيًا وَرَاكِبًا . وَكَانَ عَبْدُ اللَّهِ رَضِىَ اللهُ عَنْهُمَا يَفْعَلُهُ .

“Abdullah ibn Dinar ﵀ rəvayət edir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ piyada və minikdə hər şənbə günü Quba' məscidinə gələrdi”. Abdullah ﵄ da belə edərdi.”

Abdullah ibn Dinar
SəhihBuxari, 1193 (Məscidlərin fəziləti, 6)

Fəsil 4

Quba' məscidinə piyada və minikdə gəlmək

باب إِتْيَانِ مَسْجِدِ قُبَاءٍ مَاشِيًا وَرَاكِبًا

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِى قُبَاءً رَاكِبًا وَمَاشِيًا . زَادَ ابْنُ نُمَيْرٍ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ فَيُصَلِّى فِيهِ رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Quba' məscidinə piyada və minikdə gələr... və orada iki rükət namaz qılardı”.”

İbn Ömər
SəhihBuxari, 1194 (Məscidlərin fəziləti, 7)

Fəsil 5

Peyğəmbərin ﷺ qəbri ilə minbəri arasında olan yerin fəziləti

باب فَضْلِ مَا بَيْنَ الْقَبْرِ وَالْمِنْبَرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى بَكْرٍ عَنْ عَبَّادِ بْنِ تَمِيمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ الْمَازِنِىِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَا بَيْنَ بَيْتِى وَمِنْبَرِى رَوْضَةٌ مِنْ رِيَاضِ الْجَنَّةِ » .

“Abdullah ibn Zeyd əl-Məzini ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənnət bağlarından biri mənim evimlə minbərim arasında yerləşir”.”

Abdullah ibn Zeyd əl-Məzini
SəhihBuxari, 1195 (Məscidlərin fəziləti, 8)

حَدَّثَنَا مُسَدَّدٌ عَنْ يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى خُبَيْبُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَا بَيْنَ بَيْتِى وَمِنْبَرِى رَوْضَةٌ مِنْ رِيَاضِ الْجَنَّةِ ، وَمِنْبَرِى عَلَى حَوْضِى » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənnət bağlarından biri evimlə minbərimin arasında yerləşir, minbərim isə hovuzumun başındadır”.”

Əbu Hureyra
SəhihBuxari, 1196 (Məscidlərin fəziləti, 9)

Fəsil 6

Beytul-Məqdisin (Qüds məscidinin) fəziləti

باب مَسْجِدِ بَيْتِ الْمَقْدِسِ

حَدَّثَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَبْدِ الْمَلِكِ سَمِعْتُ قَزَعَةَ مَوْلَى زِيَادٍ قَالَ سَمِعْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ رَضِيَ اللَّهُ عَنْهُ يُحَدِّثُ بِأَرْبَعٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْجَبْنَنِى وَآنَقْنَنِى قَالَ « لاَ تُسَافِرِ الْمَرْأَةُ يَوْمَيْنِ إِلاَّ مَعَهَا زَوْجُهَا أَوْ ذُو مَحْرَمٍ . وَلاَ صَوْمَ فِى يَوْمَيْنِ الْفِطْرِ وَالأَضْحَى ، وَلاَ صَلاَةَ بَعْدَ صَلاَتَيْنِ بَعْدَ الصُّبْحِ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ ، وَلاَ تُشَدُّ الرِّحَالُ إِلاَّ إِلَى ثَلاَثَةِ مَسَاجِدَ مَسْجِدِ الْحَرَامِ وَمَسْجِدِ الأَقْصَى وَمَسْجِدِى » .

“Rəvayət edilir ki, Ziyadın köləlikdən azad etdiyi Qazəa ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudridən ﵁ dörd şey eşitdim ki, o bunu Peyğəmbərdən ﷺ rəvayət edirdi. Bunlar məni həm təəccübləndirdi, həm də sevindirdi: “İman edən qadın əri və ya məhrəmi yanında olmadan səfər etməz. Ramazan və Qurban bayramları günlərində oruc tutmaq olmaz. İki namazdan - Sübh namazından sonra günəş çıxana qədər və Əsr namazından sonra günəş batana qədər namaz qılmaq olmaz. Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: Məscidul-Haram, mənim məscidim və Məscidul-Əqsa”.”

Qazəa
SəhihBuxari, 1197 (Məscidlərin fəziləti, 10)