Namazda edilməsinə icazə verilən əməllər nədir?
حَدَّثَنَا مَحْمُودٌ حَدَّثَنَا شَبَابَةُ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ صَلَّى صَلاَةً قَالَ « إِنَّ الشَّيْطَانَ عَرَضَ لِى ، فَشَدَّ عَلَىَّ لِيَقْطَعَ الصَّلاَةَ عَلَىَّ ، فَأَمْكَنَنِى اللَّهُ مِنْهُ ، فَذَعَتُّهُ ، وَلَقَدْ هَمَمْتُ أَنْ أُوثِقَهُ إِلَى سَارِيَةٍ حَتَّى تُصْبِحُوا فَتَنْظُرُوا إِلَيْهِ فَذَكَرْتُ قَوْلَ سُلَيْمَانَ - عَلَيْهِ السَّلاَمُ - رَبِّ هَبْ لِى مُلْكًا لاَ يَنْبَغِى لأَحَدٍ مِنْ بَعْدِى . فَرَدَّهُ اللَّهُ خَاسِيًا » . ثُمَّ قَالَ النَّضْرُ بْنُ شُمَيْلٍ فَذَعَتُّهُ بِالذَّالِ أَىْ خَنَقْتُهُ وَفَدَعَّتُّهُ مِنْ قَوْلِ اللَّهِ { يَوْمَ يُدَعُّونَ } أَىْ يُدْفَعُونَ وَالصَّوَابُ ، فَدَعَتُّهُ إِلاَّ أَنَّهُ كَذَا قَالَ بِتَشْدِيدِ الْعَيْنِ وَالتَّاءِ .
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ namaz qıldı və belə buyurdu: “Həqiqətən, şeytan namazımı pozmaq üçün mənim qarşıma gəldi və mənə hücum etdi. Allah da mənə ona istədiyimi etmək qüvvəsi verdi. Mən də onun boğazından sıxmağa başladım. And olsun ki, səhər olduqda hamınız ona baxasınız deyə onu bir sütuna bağlamaq istədim, lakin Süleymanın ﵇ “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın” (Sad, 35) deməsi yadıma düşdü. Allah da onu iti qovan kimi qovdu”.”
İstinad
Buxari, 1210 (Namazda əməllər, 13)
Səhih əl-Buxari — Namazda olan əməllər kitabı