Namaz qılan adam ikinci rükətdə oturmayıb qalxan haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ ابْنِ بُحَيْنَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ قَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ مِنِ اثْنَتَيْنِ مِنَ الظُّهْرِ لَمْ يَجْلِسْ بَيْنَهُمَا ، فَلَمَّا قَضَى صَلاَتَهُ سَجَدَ سَجْدَتَيْنِ ثُمَّ سَلَّمَ بَعْدَ ذَلِكَ .
“Rəvayət edilir ki, Abdullah ibn Buheynə ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr namazını qıldırdıqda namazın ikinci rükətində oturmadan ayağa qalxdı. Namazını bitirdikdə iki dəfə səcdə etdi və bu iki səcdədən sonra salam verdi”.”
İstinad
Buxari, 1225 (Səhv, 2)
Səhih əl-Buxari — Səhv səcdələri kitabı