Səhih əl-BuxariSəhv səcdələri kitabı

Kitab 22

Səhv səcdələri kitabı

كِتَابُ سُجُودِ السَهْوِ

13

hədis

Fəsil 1

Namaz qılan adam ikinci rükətdə oturmayıb qalxan haqda nə rəvayət edilmişdir?

باب مَا جَاءَ فِى السَّهْوِ إِذَا قَامَ مِنْ رَكْعَتَىِ الْفَرِيضَةِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ ابْنِ بُحَيْنَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ مِنْ بَعْضِ الصَّلَوَاتِ ثُمَّ قَامَ فَلَمْ يَجْلِسْ ، فَقَامَ النَّاسُ مَعَهُ ، فَلَمَّا قَضَى صَلاَتَهُ وَنَظَرْنَا تَسْلِيمَهُ كَبَّرَ قَبْلَ التَّسْلِيمِ فَسَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ ثُمَّ سَلَّمَ .

“Rəvayət edilir ki, Abdullah ibn Buheynə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namazların birindən iki rükət qıldırdı, lakin ikinci rükətdə oturmadan ayağa qalxdı. Camaat onunla birlikdə qalxdılar. Allah Elçisi ﷺ namazını bitirdikdə salam vermədən oturduğu halda təkbir edib iki dəfə səcdə etdi, sonra da salam verdi”.”

Abdullah ibn Buheynə
SəhihBuxari, 1224 (Səhv, 1)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ ابْنِ بُحَيْنَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ قَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ مِنِ اثْنَتَيْنِ مِنَ الظُّهْرِ لَمْ يَجْلِسْ بَيْنَهُمَا ، فَلَمَّا قَضَى صَلاَتَهُ سَجَدَ سَجْدَتَيْنِ ثُمَّ سَلَّمَ بَعْدَ ذَلِكَ .

“Rəvayət edilir ki, Abdullah ibn Buheynə ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr namazını qıldırdıqda namazın ikinci rükətində oturmadan ayağa qalxdı. Namazını bitirdikdə iki dəfə səcdə etdi və bu iki səcdədən sonra salam verdi”.”

Abdullah ibn Buheynə
SəhihBuxari, 1225 (Səhv, 2)

Fəsil 2

Namaz qılan adam beş rükət qılarsa, nə etməlidir?

باب إِذَا صَلَّى خَمْسًا

حَدَّثَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ خَمْسًا فَقِيلَ لَهُ أَزِيدَ فِى الصَّلاَةِ فَقَالَ « وَمَا ذَاكَ » . قَالَ صَلَّيْتَ خَمْسًا . فَسَجَدَ سَجْدَتَيْنِ بَعْدَ مَا سَلَّمَ .

“Abdullah ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ Zöhr namazını beş rükət qıldı. Ona dedilər: “Namaza əlavə olunub?” Allah Elçisi ﷺ dedi: “Nə olub ki?” (Səhabələrdən biri) ona dedi: “Sən beş rükət namaz qıldın”. Peyğəmbər ﷺ də salamlardan sonra iki dəfə səcdə etdi.”

Abdullah
SəhihBuxari, 1226 (Səhv, 3)

Fəsil 3

Namaz qılan adam iki və ya üç rükətdən sonra salam verərsə, namazdakı səcdələr kimi və ya daha uzun iki səcdə edir

باب إِذَا سَلَّمَ فِى رَكْعَتَيْنِ أَوْ ثَلاَثٍ فَسَجَدَ سَجْدَتَيْنِ مِثْلَ سُجُودِ الصَّلاَةِ أَوْ أَطْوَلَ

حَدَّثَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ أَوِ الْعَصْرَ فَسَلَّمَ ، فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ الصَّلاَةُ يَا رَسُولَ اللَّهَ أَنَقَصَتْ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ « أَحَقٌّ مَا يَقُولُ » . قَالُوا نَعَمْ . فَصَلَّى رَكْعَتَيْنِ أُخْرَيَيْنِ ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ . قَالَ سَعْدٌ وَرَأَيْتُ عُرْوَةَ بْنَ الزُّبَيْرِ صَلَّى مِنَ الْمَغْرِبِ رَكْعَتَيْنِ فَسَلَّمَ وَتَكَلَّمَ ثُمَّ صَلَّى مَا بَقِىَ وَسَجَدَ سَجْدَتَيْنِ وَقَالَ هَكَذَا فَعَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bizə Zöhr və ya Əsr namazını qıldırdı. Zul-Yədeyn adlı bir nəfər isə ona dedi: “Ey Allahın Elçisi, namaz qısaldımı?” Peyğəmbər ﷺ səhabələrindən soruşdu: “Onun dediyi düzdürmü?” Səhabələr: “Bəli” dedilər. Peyğəmbər ﷺ də sonrakı iki rükəti qıldırdı, sonra iki dəfə səcdə etdi”. Ravi Səd deyir: “Mən Urva ibn əz-Zubeyrin Məğrib namazını qıldıqda iki rükətdən sonra salam verdiyini və söhbət etdiyini gördüm. Sonra qalan rükəti qıldı və iki dəfə səcdə etdi və belə dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini görmüşəm”.”

Əbu Hureyra
SəhihBuxari, 1227 (Səhv, 4)

Fəsil 4

İki dəfə edilən səhv səcdəsindən sonra təşəhhüd deməyən

باب مَنْ لَمْ يَتَشَهَّدْ فِى سَجْدَتَىِ السَّهْوِ

وَسَلَّمَ أَنَسٌ وَالْحَسَنُ وَلَمْ يَتَشَهَّدَا . وَقَالَ قَتَادَةُ لاَ يَتَشَهَّدُ .

Ənəs və Həsən əl-Bəsri ﵁ salam verib təşəhhüd demədilər. Qatədə ﵀ demişdir: “(Səhv səcdəsi edən adam) təşəhhüd demir”.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ أَيُّوبَ بْنِ أَبِى تَمِيمَةَ السَّخْتِيَانِىِّ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ . أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنِ اثْنَتَيْنِ فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ أَقُصِرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ يَا رَسُولَ اللَّهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَصَدَقَ ذُو الْيَدَيْنِ » . فَقَالَ النَّاسُ نَعَمْ . فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى اثْنَتَيْنِ أُخْرَيَيْنِ ثُمَّ سَلَّمَ ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ثُمَّ رَفَعَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ iki rükət namaz qıldıqdan sonra namazı bitirdi. Zul-Yədeyn adlı bir nəfər isə ona dedi: “Namaz qısaldı, yoxsa unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ (səhabələrindən) soruşdu: “Zul-Yədeyn düz deyir?” Camaat dedi: “Bəli”. Allah Elçisi ﷺ qalxıb sonrakı iki rükəti qıldı, sonra salam verdi, sonra təkbir etdi, sonra əvvəllər etdiyi səcdə kimi və ya daha uzun səcdə etdi. Sonra da dikəldi.”

Əbu Hureyra
SəhihBuxari, 1228 (Səhv, 5)

Fəsil 5

Səhv səcdəsini etdikdə təkbir edən

باب مَنْ يُكَبِّرُ فِى سَجْدَتَىِ السَّهْوِ

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى صَلاَتَىِ الْعَشِىِّ - قَالَ مُحَمَّدٌ وَأَكْثَرُ ظَنِّى الْعَصْرَ - رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ثُمَّ قَامَ إِلَى خَشَبَةٍ فِى مُقَدَّمِ الْمَسْجِدِ فَوَضَعَ يَدَهُ عَلَيْهَا وَفِيهِمْ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِىَ اللهُ عَنْهُمَا فَهَابَا أَنْ يُكَلِّمَاهُ وَخَرَجَ سَرَعَانُ النَّاسِ فَقَالُوا أَقَصُرَتِ الصَّلاَةُ وَرَجُلٌ يَدْعُوهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذُو الْيَدَيْنِ فَقَالَ أَنَسِيتَ أَمْ قَصُرَتْ فَقَالَ « لَمْ أَنْسَ وَلَمْ تُقْصَرْ » . قَالَ بَلَى قَدْ نَسِيتَ . فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَكَبَّرَ ، ثُمَّ وَضَعَ رَأْسَهُ فَكَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ axşam namazlarından birini” – ravi deyir ki, zənimcə bu Əsr namazı idi – “iki rükət qıldırdıqdan sonra salam verdi. Bundan sonra əlini məscidin önündə qoyulmuş ağac parçasının üstünə qoyub qalxdı. Əbu Bəkr və Ömər ﵄ də camaatın arasında idi. Onlar Peyğəmbərə nəsə deməkdən çəkindilər. Tez getmək istəyənlər məscidin qapılarından çıxdılar və: “Namaz qısaldı”– dedilər. Camaatın arasında Zul-Yədeyn deyilən bir nəfər də var idi. Həmin adam: “Ey Allahın Elçisi, unutdun, yoxsa namaz qısaldılıb?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Mən (heç nə) unutmamışam, namaz da qısaldılmayıb?”– dedi Zul-Yədeyn dedi: “Aydındır, unutmusan”. Peyğəmbər ﷺ buraxdığı iki rükəti qıldıqdan sonra salam verdi. Bundan sonra o təkbir edib səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb yenə təkbir etdi, sonra səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb təkbir etdi”.”

Əbu Hureyra
SəhihBuxari, 1229 (Səhv, 6)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنِ ابْنِ شِهَابٍ عَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ ابْنِ بُحَيْنَةَ الأَسْدِىِّ حَلِيفِ بَنِى عَبْدِ الْمُطَّلِبِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ فِى صَلاَةِ الظُّهْرِ وَعَلَيْهِ جُلُوسٌ ، فَلَمَّا أَتَمَّ صَلاَتَهُ سَجَدَ سَجْدَتَيْنِ فَكَبَّرَ فِى كُلِّ سَجْدَةٍ وَهُوَ جَالِسٌ قَبْلَ أَنْ يُسَلِّمَ ، وَسَجَدَهُمَا النَّاسُ مَعَهُ مَكَانَ مَا نَسِىَ مِنَ الْجُلُوسِ . تَابَعَهُ ابْنُ جُرَيْجٍ عَنِ ابْنِ شِهَابٍ فِى التَّكْبِيرِ .

“Bəni Abdul-Muttalib tayfasının andlı dostu Abdullah ibn Malik ibn Buheynə əs-Əsdi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazını qıldırdıqda oturmalı olan yerdə ayağa durdu. Namazını tamamladıqda oturduğu halda salam vermədən qabaq hər bir səcdədə təkbir edib iki dəfə səcdə etdi. Peyğəmbərlə ﷺ birlikdə bu iki səcdəni camaat da etdi”.”

Abdullah ibn Buheynə əl-Əsdi
SəhihBuxari, 1230 (Səhv, 7)

Fəsil 6

Namaz qılan üç və ya dörd rükət qılmasını bilmirsə, oturduğu halda iki dəfə səcdə edir

باب إِذَا لَمْ يَدْرِ كَمْ صَلَّى ثَلاَثًا أَوْ أَرْبَعًا ، سَجَدَ سَجْدَتَيْنِ وَهْوَ جَالِسٌ

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ حَدَّثَنَا هِشَامُ بْنُ أَبِى عَبْدِ اللَّهِ الدَّسْتَوَائِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا نُودِىَ بِالصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ وَلَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ الأَذَانَ ، فَإِذَا قُضِىَ الأَذَانُ أَقْبَلَ ، فَإِذَا ثُوِّبَ بِهَا أَدْبَرَ فَإِذَا قُضِىَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطِرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ يَقُولُ اذْكُرْ كَذَا وَكَذَا مَا لَمْ يَكُنْ يَذْكُرُ حَتَّى يَظَلَّ الرَّجُلُ إِنْ يَدْرِى كَمْ صَلَّى ، فَإِذَا لَمْ يَدْرِ أَحَدُكُمْ كَمْ صَلَّى ثَلاَثًا أَوْ أَرْبَعًا فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهْوَ جَالِسٌ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu azanı eşitməsin, azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: “Filan və filan şeyi yadına sal”– deyərək (namazı qurtarana qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını (yadına sala) bilmir. Sizdən kim üç və ya dörd rükət qılmasını bilməsə, oturduğu halda iki dəfə səcdə etsin”.”

Əbu Hureyra
SəhihBuxari, 1231 (Səhv, 8)

Fəsil 7

Fərz və nafilə namazlarda edilən səhv

باب السَّهْوِ فِى الْفَرْضِ وَالتَّطَوُّعِ

وَسَجَدَ ابْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا سَجْدَتَيْنِ بَعْدَ وِتْرِهِ .

İbn Abbas ﵄ Vitr namazından sonra iki səhv səcdəsini etmişdir.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ أَحَدَكُمْ إِذَا قَامَ يُصَلِّى جَاءَ الشَّيْطَانُ فَلَبَسَ عَلَيْهِ حَتَّى لاَ يَدْرِىَ كَمْ صَلَّى ، فَإِذَا وَجَدَ ذَلِكَ أَحَدُكُمْ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namaza durduqda şeytan gəlib namazını qarışdırır və o adam neçə rükət qıldığını (yadına sala) bilmir. Sizdən hansı biriniz bu qarışıqlığı hiss edərsə, oturduğu halda iki dəfə səcdə etsin”.”

Əbu Hureyra
SəhihBuxari, 1232 (Səhv, 9)

Fəsil 8

Namaz əsnasında namaz qılana müraciət olunubsa, o, əli ilə işarə etməli və dinləməlidir

باب إِذَا كُلِّمَ وَهُوَ يُصَلِّى فَأَشَارَ بِيَدِهِ وَاسْتَمَعَ

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرٌو عَنْ بُكَيْرٍ عَنْ كُرَيْبٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَالْمِسْوَرَ بْنَ مَخْرَمَةَ وَعَبْدَ الرَّحْمَنِ بْنَ أَزْهَرَ - رضى الله عنهم - أَرْسَلُوهُ إِلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَقَالُوا اقْرَأْ عَلَيْهَا السَّلاَمَ مِنَّا جَمِيعًا وَسَلْهَا عَنِ الرَّكْعَتَيْنِ بَعْدَ صَلاَةِ الْعَصْرِ وَقُلْ لَهَا إِنَّا أُخْبِرْنَا أَنَّكِ تُصَلِّينَهُمَا وَقَدْ بَلَغَنَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْهَا . وَقَالَ ابْنُ عَبَّاسٍ وَكُنْتُ أَضْرِبُ النَّاسَ مَعَ عُمَرَ بْنِ الْخَطَّابِ عَنْهُمَا . فَقَالَ كُرَيْبٌ فَدَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَبَلَّغْتُهَا مَا أَرْسَلُونِى . فَقَالَتْ سَلْ أُمَّ سَلَمَةَ . فَخَرَجْتُ إِلَيْهِمْ فَأَخْبَرْتُهُمْ بِقَوْلِهَا فَرَدُّونِى إِلَى أُمِّ سَلَمَةَ بِمِثْلِ مَا أَرْسَلُونِى بِهِ إِلَى عَائِشَةَ . فَقَالَتْ أُمُّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْهَى عَنْهَا ثُمَّ رَأَيْتُهُ يُصَلِّيهِمَا حِينَ صَلَّى الْعَصْرَ ، ثُمَّ دَخَلَ عَلَىَّ وَعِنْدِى نِسْوَةٌ مِنْ بَنِى حَرَامٍ مِنَ الأَنْصَارِ فَأَرْسَلْتُ إِلَيْهِ الْجَارِيَةَ فَقُلْتُ قُومِى بِجَنْبِهِ قُولِى لَهُ تَقُولُ لَكَ أُمُّ سَلَمَةَ يَا رَسُولَ اللَّهِ سَمِعْتُكَ تَنْهَى عَنْ هَاتَيْنِ وَأَرَاكَ تُصَلِّيهِمَا . فَإِنْ أَشَارَ بِيَدِهِ فَاسْتَأْخِرِى عَنْهُ . فَفَعَلَتِ الْجَارِيَةُ فَأَشَارَ بِيَدِهِ فَاسْتَأْخَرَتْ عَنْهُ فَلَمَّا انْصَرَفَ قَالَ « يَا بِنْتَ أَبِى أُمَيَّةَ سَأَلْتِ عَنِ الرَّكْعَتَيْنِ بَعْدَ الْعَصْرِ وَإِنَّهُ أَتَانِى نَاسٌ مِنْ عَبْدِ الْقَيْسِ فَشَغَلُونِى عَنِ الرَّكْعَتَيْنِ اللَّتَيْنِ بَعْدَ الظُّهْرِ فَهُمَا هَاتَانِ » .

“Kureyb ﵀ rəvayət edir ki, İbn Abbas ﵄ Misvər ibn Məxramə və Abdur-Rahmən ibn Əzhər ﵃ onu Aişənin ﵂ yanına göndərib belə deməyi tapşırdılar: “Hamımızın adından ona salam söylə və ondan Əsr namazından sonra qılınan iki rükət namaz haqda soruş. Ona de: “Bizə xəbər gəlib çatıb ki, sən o iki rükəti qılırsan, lakin bizə o da məlumdur ki, Peyğəmbər ﷺ bu namazı qılmağı qadağan etmişdir”. İbn Abbas deyir: “Mən Ömər ibn əl-Xattabla birlikdə bu namazı qılanları cəzalandırardıq”. Kureyb deyir: “Mən Aişənin ﵂ yanına gəlib onların mənə dediklərini ona çatdırdım”. Aişə dedi: “Sən bunu Ummu Sələmədən soruş!” Mən qayıdıb Aişənin dediyini onlara xəbər verdikdə, onlar da məni Ummu Sələmənin yanına göndərdilər və Aişədən soruşduğumu ondan soruşmağımı tapşırdılar. Ummu Sələmə ﵂ dedi: “Mən Peyğəmbərin ﷺ Əsr namazından sonra iki rükət namaz qılınmasını qadağan etdiyini eşitdim, sonra da onun Əsr namazından sonra bu iki rükət namazı qıldığını gördüm. O mənim yanıma gəldiyi vaxt ənsardan olan Bəni Haram tayfasının qadınları mənim yanımda idilər. Mən kənizlərdən birini onun yanına göndərib onun yanında durmasını və ona belə deməsini tapşırdım: “Ummu Sələmə sənə deyir: “Ey Allahın Elçisi, mən sənin bu iki rükəti qadağan etdiyini eşitmişdim, indi isə sənin bu iki rükət namazı qıldığını görürəm”. Sonra Ummu Sələmə kənizə dedi: “Əgər o, əli ilə sənə işarə etsə, kənara çəkil və gözlə”. Kəniz gedib Ummu Sələmənin dediyini Peyğəmbərə ﷺ dedikdə o, əli ilə işarə etdi və kəniz də kənara çəkilib gözlədi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Ey Əbu Umeyyənin qızı, məndən Əsrdən sonra qıldığım iki rükət haqda soruşdun. Bu ona görədir ki, Abdul-Qeys qəbiləsindən bir dəstə adam yanıma gəlib məni Zöhr namazından sonra qılacağım iki rükət namazdan yayındırdı. Bu həmin namazdır”.”

Kureyb
SəhihBuxari, 1233 (Səhv, 10)

Fəsil 9

Namaz əsnasında işarə etmək

باب الإِشَارَةِ فِى الصَّلاَةِ

قَالَهُ كُرَيْبٌ عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu Kureyb ﵀ Ummu Sələmədən ﵂, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَلَغَهُ أَنَّ بَنِى عَمْرِو بْنِ عَوْفٍ كَانَ بَيْنَهُمْ شَىْءٌ فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَهُمْ فِى أُنَاسٍ مَعَهُ ، فَحُبِسَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَانَتِ الصَّلاَةُ فَجَاءَ بِلاَلٌ إِلَى أَبِى بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ يَا أَبَا بَكْرٍ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ حُبِسَ وَقَدْ حَانَتِ الصَّلاَةُ فَهَلْ لَكَ أَنْ تَؤُمَّ النَّاسَ قَالَ نَعَمْ إِنْ شِئْتَ . فَأَقَامَ بِلاَلٌ وَتَقَدَّمَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَكَبَّرَ لِلنَّاسِ وَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِى فِى الصُّفُوفِ حَتَّى قَامَ فِى الصَّفِّ ، فَأَخَذَ النَّاسُ فِى التَّصْفِيقِ ، وَكَانَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرَ النَّاسُ الْتَفَتَ فَإِذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُهُ أَنْ يُصَلِّىَ ، فَرَفَعَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يَدَيْهِ فَحَمِدَ اللَّهَ وَرَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ حَتَّى قَامَ فِى الصَّفِّ ، فَتَقَدَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى لِلنَّاسِ فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « يَا أَيُّهَا النَّاسُ مَا لَكُمْ حِينَ نَابَكُمْ شَىْءٌ فِى الصَّلاَةِ أَخَذْتُمْ فِى التَّصْفِيقِ ، إِنَّمَا التَّصْفِيقُ لِلنِّسَاءِ ، مَنْ نَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيَقُلْ سُبْحَانَ اللَّهِ . فَإِنَّهُ لاَ يَسْمَعُهُ أَحَدٌ حِينَ يَقُولُ سُبْحَانَ اللَّهِ إِلاَّ الْتَفَتَ ، يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تُصَلِّىَ لِلنَّاسِ حِينَ أَشَرْتُ إِلَيْكَ » . فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ مَا كَانَ يَنْبَغِى لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, Allah Elçisinə ﷺ Bəni Amr ibn Auf tayfası arasında nəyinsə baş verməsi çatmışdı, ona görə Allah Elçisi ﷺ yanındakı adamlarla onların arasını düzəltmək üçün çıxıb ora getmişdi. Allah Elçisi ﷺ bir az yubandı və bu əsnada namazın vaxtı gəldi. Bilal Əbu Bəkrin ﵁ yanına gəlib dedi: “Ey Əbu Bəkr, Allah Elçisi ﷺ bir az yubanır, namazın vaxtı isə gəlib. Camaata namazda imamlıq edə bilərsən?” Əbu Bəkr: “Bəli, istəyirsənsə qıldıraram”– deyə cavab verdi. Beləliklə, Bilal iqamə verdi və Əbu Bəkr ﵁ önə keçib təkbir etdi. Bu arada Allah Elçisi ﷺ cərgələrin arası ilə gəlib cərgədə durdu. Bu vaxt camaat əl çalmağa başladı, lakin Əbu Bəkr ﵁ namaz qılarkən başını arxaya çevirməzdi. Camaat əl çalmağı çoxaltdıqda o arxaya çevrildi və Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ əli ilə ona işarə etdi ki, yerində qalsın. Belə olduqda Əbu Bəkr ﵁ əllərini göyə qaldırıb Allaha həmd etdi və arxaya dal-dala çəkilib cərgədə durdu. Allah Elçisi ﷺ isə önə keçib camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra camata tərəf dönüb buyurdu: “Ey insanlar! Nəyə görə namazda bir şey baş verdikdə əl çalırsınız? (Namazda) əl çalmaq qadınlara aiddir. Kim namaz əsnasında bir şeyin baş verdiyini görsə: “Subhən-Allah!”– desin. Bu mütləqdir ki, o: “Subhən-Allah!”– desə, onu eşidən adam ona nəzər yetirəcək. Ey Əbu Bəkr, sənə işarə etdiyim halda camaata namaz qıldırmağına mane olan nə idi?” Əbu Bəkr ﵁ dedi: “Əbu Quhafənin oğluna Allah Elçisi ﷺ qarşısında namaz qılmaq yaraşmazdı”.”

Səhl ibn Səd əs-Səidi
SəhihBuxari, 1234 (Səhv, 11)

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى ابْنُ وَهْبٍ حَدَّثَنَا الثَّوْرِىُّ عَنْ هِشَامٍ عَنْ فَاطِمَةَ عَنْ أَسْمَاءَ قَالَتْ دَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا وَهِىَ تُصَلِّى قَائِمَةً وَالنَّاسُ قِيَامٌ فَقُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ بِرَأْسِهَا إِلَى السَّمَاءِ . فَقُلْتُ آيَةٌ . فَقَالَتْ بِرَأْسِهَا أَىْ نَعَمْ .

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “Bir dəfə mən Aişənin ﵂ yanına gəldikdə o, ayaq üstə namaz qılırdı. İnsanlar da ayaq üstə namazda idilər. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün əli ilə) göyə işarə etdi. Mən soruşdum: “Bu, əlamətdirmi?” O məni təsdiq etmək üçün başı ilə işarə etdi”.”

Əsma
SəhihBuxari, 1235 (Səhv, 12)

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِهِ وَهُوَ شَاكٍ جَالِسًا ، وَصَلَّى وَرَاءَهُ قَوْمٌ قِيَامًا فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا رَفَعَ فَارْفَعُوا » .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman öz evində namazı qıldı. O oturmuş vəziyyətdə idi, arxasındakı camaat isə namazı ayaq üstə qıldı. Peyğəmbər ﷺ onlara əli ilə oturmaları üçün işarə etdi. Namazı bitirdikdən isə sonra buyurdu: “İmam (arxasında) namaz qılanların ona tabe olunması üçün təyin olunmuşdur. O, rukuya gedəndə siz də rukuya gedin, o, (başını) qaldıranda, siz də (başınızı) qaldırın”.”

Aişə
SəhihBuxari, 1236 (Səhv, 13)