Səhv səcdələri kitabı

Namaz əsnasında işarə etmək

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَلَغَهُ أَنَّ بَنِى عَمْرِو بْنِ عَوْفٍ كَانَ بَيْنَهُمْ شَىْءٌ فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَهُمْ فِى أُنَاسٍ مَعَهُ ، فَحُبِسَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَحَانَتِ الصَّلاَةُ فَجَاءَ بِلاَلٌ إِلَى أَبِى بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ يَا أَبَا بَكْرٍ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ حُبِسَ وَقَدْ حَانَتِ الصَّلاَةُ فَهَلْ لَكَ أَنْ تَؤُمَّ النَّاسَ قَالَ نَعَمْ إِنْ شِئْتَ . فَأَقَامَ بِلاَلٌ وَتَقَدَّمَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَكَبَّرَ لِلنَّاسِ وَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِى فِى الصُّفُوفِ حَتَّى قَامَ فِى الصَّفِّ ، فَأَخَذَ النَّاسُ فِى التَّصْفِيقِ ، وَكَانَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ ، فَلَمَّا أَكْثَرَ النَّاسُ الْتَفَتَ فَإِذَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُهُ أَنْ يُصَلِّىَ ، فَرَفَعَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يَدَيْهِ فَحَمِدَ اللَّهَ وَرَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ حَتَّى قَامَ فِى الصَّفِّ ، فَتَقَدَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى لِلنَّاسِ فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « يَا أَيُّهَا النَّاسُ مَا لَكُمْ حِينَ نَابَكُمْ شَىْءٌ فِى الصَّلاَةِ أَخَذْتُمْ فِى التَّصْفِيقِ ، إِنَّمَا التَّصْفِيقُ لِلنِّسَاءِ ، مَنْ نَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيَقُلْ سُبْحَانَ اللَّهِ . فَإِنَّهُ لاَ يَسْمَعُهُ أَحَدٌ حِينَ يَقُولُ سُبْحَانَ اللَّهِ إِلاَّ الْتَفَتَ ، يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تُصَلِّىَ لِلنَّاسِ حِينَ أَشَرْتُ إِلَيْكَ » . فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ مَا كَانَ يَنْبَغِى لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, Allah Elçisinə ﷺ Bəni Amr ibn Auf tayfası arasında nəyinsə baş verməsi çatmışdı, ona görə Allah Elçisi ﷺ yanındakı adamlarla onların arasını düzəltmək üçün çıxıb ora getmişdi. Allah Elçisi ﷺ bir az yubandı və bu əsnada namazın vaxtı gəldi. Bilal Əbu Bəkrin ﵁ yanına gəlib dedi: “Ey Əbu Bəkr, Allah Elçisi ﷺ bir az yubanır, namazın vaxtı isə gəlib. Camaata namazda imamlıq edə bilərsən?” Əbu Bəkr: “Bəli, istəyirsənsə qıldıraram”– deyə cavab verdi. Beləliklə, Bilal iqamə verdi və Əbu Bəkr ﵁ önə keçib təkbir etdi. Bu arada Allah Elçisi ﷺ cərgələrin arası ilə gəlib cərgədə durdu. Bu vaxt camaat əl çalmağa başladı, lakin Əbu Bəkr ﵁ namaz qılarkən başını arxaya çevirməzdi. Camaat əl çalmağı çoxaltdıqda o arxaya çevrildi və Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ əli ilə ona işarə etdi ki, yerində qalsın. Belə olduqda Əbu Bəkr ﵁ əllərini göyə qaldırıb Allaha həmd etdi və arxaya dal-dala çəkilib cərgədə durdu. Allah Elçisi ﷺ isə önə keçib camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra camata tərəf dönüb buyurdu: “Ey insanlar! Nəyə görə namazda bir şey baş verdikdə əl çalırsınız? (Namazda) əl çalmaq qadınlara aiddir. Kim namaz əsnasında bir şeyin baş verdiyini görsə: “Subhən-Allah!”– desin. Bu mütləqdir ki, o: “Subhən-Allah!”– desə, onu eşidən adam ona nəzər yetirəcək. Ey Əbu Bəkr, sənə işarə etdiyim halda camaata namaz qıldırmağına mane olan nə idi?” Əbu Bəkr ﵁ dedi: “Əbu Quhafənin oğluna Allah Elçisi ﷺ qarşısında namaz qılmaq yaraşmazdı”.”

Səhl ibn Səd əs-Səidi
Səhih

İstinad

Buxari, 1234 (Səhv, 11)

Səhih əl-Buxari — Səhv səcdələri kitabı