Səhv səcdələri kitabı

Namaz əsnasında namaz qılana müraciət olunubsa, o, əli ilə işarə etməli və dinləməlidir

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنِى ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرٌو عَنْ بُكَيْرٍ عَنْ كُرَيْبٍ أَنَّ ابْنَ عَبَّاسٍ وَالْمِسْوَرَ بْنَ مَخْرَمَةَ وَعَبْدَ الرَّحْمَنِ بْنَ أَزْهَرَ - رضى الله عنهم - أَرْسَلُوهُ إِلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَقَالُوا اقْرَأْ عَلَيْهَا السَّلاَمَ مِنَّا جَمِيعًا وَسَلْهَا عَنِ الرَّكْعَتَيْنِ بَعْدَ صَلاَةِ الْعَصْرِ وَقُلْ لَهَا إِنَّا أُخْبِرْنَا أَنَّكِ تُصَلِّينَهُمَا وَقَدْ بَلَغَنَا أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنْهَا . وَقَالَ ابْنُ عَبَّاسٍ وَكُنْتُ أَضْرِبُ النَّاسَ مَعَ عُمَرَ بْنِ الْخَطَّابِ عَنْهُمَا . فَقَالَ كُرَيْبٌ فَدَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَبَلَّغْتُهَا مَا أَرْسَلُونِى . فَقَالَتْ سَلْ أُمَّ سَلَمَةَ . فَخَرَجْتُ إِلَيْهِمْ فَأَخْبَرْتُهُمْ بِقَوْلِهَا فَرَدُّونِى إِلَى أُمِّ سَلَمَةَ بِمِثْلِ مَا أَرْسَلُونِى بِهِ إِلَى عَائِشَةَ . فَقَالَتْ أُمُّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَنْهَى عَنْهَا ثُمَّ رَأَيْتُهُ يُصَلِّيهِمَا حِينَ صَلَّى الْعَصْرَ ، ثُمَّ دَخَلَ عَلَىَّ وَعِنْدِى نِسْوَةٌ مِنْ بَنِى حَرَامٍ مِنَ الأَنْصَارِ فَأَرْسَلْتُ إِلَيْهِ الْجَارِيَةَ فَقُلْتُ قُومِى بِجَنْبِهِ قُولِى لَهُ تَقُولُ لَكَ أُمُّ سَلَمَةَ يَا رَسُولَ اللَّهِ سَمِعْتُكَ تَنْهَى عَنْ هَاتَيْنِ وَأَرَاكَ تُصَلِّيهِمَا . فَإِنْ أَشَارَ بِيَدِهِ فَاسْتَأْخِرِى عَنْهُ . فَفَعَلَتِ الْجَارِيَةُ فَأَشَارَ بِيَدِهِ فَاسْتَأْخَرَتْ عَنْهُ فَلَمَّا انْصَرَفَ قَالَ « يَا بِنْتَ أَبِى أُمَيَّةَ سَأَلْتِ عَنِ الرَّكْعَتَيْنِ بَعْدَ الْعَصْرِ وَإِنَّهُ أَتَانِى نَاسٌ مِنْ عَبْدِ الْقَيْسِ فَشَغَلُونِى عَنِ الرَّكْعَتَيْنِ اللَّتَيْنِ بَعْدَ الظُّهْرِ فَهُمَا هَاتَانِ » .

“Kureyb ﵀ rəvayət edir ki, İbn Abbas ﵄ Misvər ibn Məxramə və Abdur-Rahmən ibn Əzhər ﵃ onu Aişənin ﵂ yanına göndərib belə deməyi tapşırdılar: “Hamımızın adından ona salam söylə və ondan Əsr namazından sonra qılınan iki rükət namaz haqda soruş. Ona de: “Bizə xəbər gəlib çatıb ki, sən o iki rükəti qılırsan, lakin bizə o da məlumdur ki, Peyğəmbər ﷺ bu namazı qılmağı qadağan etmişdir”. İbn Abbas deyir: “Mən Ömər ibn əl-Xattabla birlikdə bu namazı qılanları cəzalandırardıq”. Kureyb deyir: “Mən Aişənin ﵂ yanına gəlib onların mənə dediklərini ona çatdırdım”. Aişə dedi: “Sən bunu Ummu Sələmədən soruş!” Mən qayıdıb Aişənin dediyini onlara xəbər verdikdə, onlar da məni Ummu Sələmənin yanına göndərdilər və Aişədən soruşduğumu ondan soruşmağımı tapşırdılar. Ummu Sələmə ﵂ dedi: “Mən Peyğəmbərin ﷺ Əsr namazından sonra iki rükət namaz qılınmasını qadağan etdiyini eşitdim, sonra da onun Əsr namazından sonra bu iki rükət namazı qıldığını gördüm. O mənim yanıma gəldiyi vaxt ənsardan olan Bəni Haram tayfasının qadınları mənim yanımda idilər. Mən kənizlərdən birini onun yanına göndərib onun yanında durmasını və ona belə deməsini tapşırdım: “Ummu Sələmə sənə deyir: “Ey Allahın Elçisi, mən sənin bu iki rükəti qadağan etdiyini eşitmişdim, indi isə sənin bu iki rükət namazı qıldığını görürəm”. Sonra Ummu Sələmə kənizə dedi: “Əgər o, əli ilə sənə işarə etsə, kənara çəkil və gözlə”. Kəniz gedib Ummu Sələmənin dediyini Peyğəmbərə ﷺ dedikdə o, əli ilə işarə etdi və kəniz də kənara çəkilib gözlədi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Ey Əbu Umeyyənin qızı, məndən Əsrdən sonra qıldığım iki rükət haqda soruşdun. Bu ona görədir ki, Abdul-Qeys qəbiləsindən bir dəstə adam yanıma gəlib məni Zöhr namazından sonra qılacağım iki rükət namazdan yayındırdı. Bu həmin namazdır”.”

Kureyb
Səhih

İstinad

Buxari, 1233 (Səhv, 10)

Səhih əl-Buxari — Səhv səcdələri kitabı