İki dəfə edilən səhv səcdəsindən sonra təşəhhüd deməyən
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ أَيُّوبَ بْنِ أَبِى تَمِيمَةَ السَّخْتِيَانِىِّ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ . أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنِ اثْنَتَيْنِ فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ أَقُصِرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ يَا رَسُولَ اللَّهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « أَصَدَقَ ذُو الْيَدَيْنِ » . فَقَالَ النَّاسُ نَعَمْ . فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى اثْنَتَيْنِ أُخْرَيَيْنِ ثُمَّ سَلَّمَ ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ثُمَّ رَفَعَ .
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ iki rükət namaz qıldıqdan sonra namazı bitirdi. Zul-Yədeyn adlı bir nəfər isə ona dedi: “Namaz qısaldı, yoxsa unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ (səhabələrindən) soruşdu: “Zul-Yədeyn düz deyir?” Camaat dedi: “Bəli”. Allah Elçisi ﷺ qalxıb sonrakı iki rükəti qıldı, sonra salam verdi, sonra təkbir etdi, sonra əvvəllər etdiyi səcdə kimi və ya daha uzun səcdə etdi. Sonra da dikəldi.”
İstinad
Buxari, 1228 (Səhv, 5)
Səhih əl-Buxari — Səhv səcdələri kitabı