Səhv səcdəsini etdikdə təkbir edən
حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى صَلاَتَىِ الْعَشِىِّ - قَالَ مُحَمَّدٌ وَأَكْثَرُ ظَنِّى الْعَصْرَ - رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ثُمَّ قَامَ إِلَى خَشَبَةٍ فِى مُقَدَّمِ الْمَسْجِدِ فَوَضَعَ يَدَهُ عَلَيْهَا وَفِيهِمْ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِىَ اللهُ عَنْهُمَا فَهَابَا أَنْ يُكَلِّمَاهُ وَخَرَجَ سَرَعَانُ النَّاسِ فَقَالُوا أَقَصُرَتِ الصَّلاَةُ وَرَجُلٌ يَدْعُوهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذُو الْيَدَيْنِ فَقَالَ أَنَسِيتَ أَمْ قَصُرَتْ فَقَالَ « لَمْ أَنْسَ وَلَمْ تُقْصَرْ » . قَالَ بَلَى قَدْ نَسِيتَ . فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ سَلَّمَ ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَكَبَّرَ ، ثُمَّ وَضَعَ رَأْسَهُ فَكَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ .
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ axşam namazlarından birini” – ravi deyir ki, zənimcə bu Əsr namazı idi – “iki rükət qıldırdıqdan sonra salam verdi. Bundan sonra əlini məscidin önündə qoyulmuş ağac parçasının üstünə qoyub qalxdı. Əbu Bəkr və Ömər ﵄ də camaatın arasında idi. Onlar Peyğəmbərə nəsə deməkdən çəkindilər. Tez getmək istəyənlər məscidin qapılarından çıxdılar və: “Namaz qısaldı”– dedilər. Camaatın arasında Zul-Yədeyn deyilən bir nəfər də var idi. Həmin adam: “Ey Allahın Elçisi, unutdun, yoxsa namaz qısaldılıb?”– deyə soruşdu. Peyğəmbər ﷺ: “Mən (heç nə) unutmamışam, namaz da qısaldılmayıb?”– dedi Zul-Yədeyn dedi: “Aydındır, unutmusan”. Peyğəmbər ﷺ buraxdığı iki rükəti qıldıqdan sonra salam verdi. Bundan sonra o təkbir edib səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb yenə təkbir etdi, sonra səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. Sonra başını qaldırıb təkbir etdi”.”
İstinad
Buxari, 1229 (Səhv, 6)
Səhih əl-Buxari — Səhv səcdələri kitabı