Namaz qılan adam iki və ya üç rükətdən sonra salam verərsə, namazdakı səcdələr kimi və ya daha uzun iki səcdə edir
حَدَّثَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ أَوِ الْعَصْرَ فَسَلَّمَ ، فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ الصَّلاَةُ يَا رَسُولَ اللَّهَ أَنَقَصَتْ فَقَالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ « أَحَقٌّ مَا يَقُولُ » . قَالُوا نَعَمْ . فَصَلَّى رَكْعَتَيْنِ أُخْرَيَيْنِ ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ . قَالَ سَعْدٌ وَرَأَيْتُ عُرْوَةَ بْنَ الزُّبَيْرِ صَلَّى مِنَ الْمَغْرِبِ رَكْعَتَيْنِ فَسَلَّمَ وَتَكَلَّمَ ثُمَّ صَلَّى مَا بَقِىَ وَسَجَدَ سَجْدَتَيْنِ وَقَالَ هَكَذَا فَعَلَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ .
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ bizə Zöhr və ya Əsr namazını qıldırdı. Zul-Yədeyn adlı bir nəfər isə ona dedi: “Ey Allahın Elçisi, namaz qısaldımı?” Peyğəmbər ﷺ səhabələrindən soruşdu: “Onun dediyi düzdürmü?” Səhabələr: “Bəli” dedilər. Peyğəmbər ﷺ də sonrakı iki rükəti qıldırdı, sonra iki dəfə səcdə etdi”. Ravi Səd deyir: “Mən Urva ibn əz-Zubeyrin Məğrib namazını qıldıqda iki rükətdən sonra salam verdiyini və söhbət etdiyini gördüm. Sonra qalan rükəti qıldı və iki dəfə səcdə etdi və belə dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini görmüşəm”.”
İstinad
Buxari, 1227 (Səhv, 4)
Səhih əl-Buxari — Səhv səcdələri kitabı