Namaz əsnasında işarə etmək
حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهَا قَالَتْ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِهِ وَهُوَ شَاكٍ جَالِسًا ، وَصَلَّى وَرَاءَهُ قَوْمٌ قِيَامًا فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا رَفَعَ فَارْفَعُوا » .
“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman öz evində namazı qıldı. O oturmuş vəziyyətdə idi, arxasındakı camaat isə namazı ayaq üstə qıldı. Peyğəmbər ﷺ onlara əli ilə oturmaları üçün işarə etdi. Namazı bitirdikdən isə sonra buyurdu: “İmam (arxasında) namaz qılanların ona tabe olunması üçün təyin olunmuşdur. O, rukuya gedəndə siz də rukuya gedin, o, (başını) qaldıranda, siz də (başınızı) qaldırın”.”
İstinad
Buxari, 1236 (Səhv, 13)
Səhih əl-Buxari — Səhv səcdələri kitabı