Səhv səcdələri kitabı

Namaz qılan üç və ya dörd rükət qılmasını bilmirsə, oturduğu halda iki dəfə səcdə edir

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ حَدَّثَنَا هِشَامُ بْنُ أَبِى عَبْدِ اللَّهِ الدَّسْتَوَائِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا نُودِىَ بِالصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ وَلَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ الأَذَانَ ، فَإِذَا قُضِىَ الأَذَانُ أَقْبَلَ ، فَإِذَا ثُوِّبَ بِهَا أَدْبَرَ فَإِذَا قُضِىَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطِرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ يَقُولُ اذْكُرْ كَذَا وَكَذَا مَا لَمْ يَكُنْ يَذْكُرُ حَتَّى يَظَلَّ الرَّجُلُ إِنْ يَدْرِى كَمْ صَلَّى ، فَإِذَا لَمْ يَدْرِ أَحَدُكُمْ كَمْ صَلَّى ثَلاَثًا أَوْ أَرْبَعًا فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهْوَ جَالِسٌ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu azanı eşitməsin, azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: “Filan və filan şeyi yadına sal”– deyərək (namazı qurtarana qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını (yadına sala) bilmir. Sizdən kim üç və ya dörd rükət qılmasını bilməsə, oturduğu halda iki dəfə səcdə etsin”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 1231 (Səhv, 8)

Səhih əl-Buxari — Səhv səcdələri kitabı