Zəif ravilərdən hədis rəvayət etməyin qadağan olunması və onların hədislərini götürdükdə ehtiyat edilməsi
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبَّادٍ وَسَعِيدُ بْنُ عَمْرٍو الأَشْعَثِىُّ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ سَعِيدٌ أَخْبَرَنَا سُفْيَانُ - عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ عَنْ طَاوُسٍ قَالَ جَاءَ هَذَا إِلَى ابْنِ عَبَّاسٍ - يَعْنِى بُشَيْرَ بْنَ كَعْبٍ - فَجَعَلَ يُحَدِّثُهُ فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ ثُمَّ حَدَّثَهُ فَقَالَ لَهُ عُدْ لِحَدِيثِ كَذَا وَكَذَا. فَعَادَ لَهُ فَقَالَ لَهُ مَا أَدْرِى أَعَرَفْتَ حَدِيثِى كُلَّهُ وَأَنْكَرْتَ هَذَا أَمْ أَنْكَرْتَ حَدِيثِى كُلَّهُ وَعَرَفْتَ هَذَا فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا نُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ لَمْ يَكُنْ يُكْذَبُ عَلَيْهِ فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ تَرَكْنَا الْحَدِيثَ عَنْهُ.
“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Buşeyr ibn Kəb İbn Abbasın yanına gəlib ona hədis danışmağa başladı. İbn Abbas ona dedi: “Filan və filan hədisə bax!” O da bu hədisi gözdən keçirdi. Sonra qayıdıb ona hədis danışmağa başladı. İbn Abbas yenə ona dedi: “Filan və filan hədisə bax!” Buşeyr hədisə bir daha nəzər saldıqdan sonra dedi: “Bilmirəm, hədisimi tam başa düşüb bunu dandın, yoxsa bunu bildiyin halda hədisimi bütünlüklə inkar etdin?!” Onda İbn Abbas ona belə cavab verdi: “Biz Allah Elçisindən ﷺ hədis rəvayət edərdik. O vaxt onun adından yalan danışılmazdı. Elə ki, insanlar “səb” və “zəlul” dəvəyə minməyə başladılar, biz hədis danışmaqdan əl çəkdik”.”
İstinad
Muslim, 19 (Müqəddimə, 19)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi