Zəif ravilərdən hədis rəvayət etməyin qadağan olunması və onların hədislərini götürdükdə ehtiyat edilməsi
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ ابْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ إِنَّمَا كُنَّا نَحْفَظُ الْحَدِيثَ وَالْحَدِيثُ يُحْفَظُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَّا إِذْ رَكِبْتُمْ كُلَّ صَعْبٍ وَذَلُولٍ فَهَيْهَاتَ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Vaxtı ilə biz hədis əzbərləyərdik və hədislər yalnız Allah Elçisindən ﷺ öyrənilib əzbərlənərdi. Amma elə ki, siz hər bir “səb” və “zəlulə” minməyə başladınız, biz sizin hədislərinizə etimad göstərməkdən uzaqlaşdıq”.”
İstinad
Muslim, 20 (Müqəddimə, 20)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi