Zəif ravilərdən hədis rəvayət etməyin qadağan olunması və onların hədislərini götürdükdə ehtiyat edilməsi
وَحَدَّثَنِى أَبُو أَيُّوبَ سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللَّهِ الْغَيْلاَنِىُّ حَدَّثَنَا أَبُو عَامِرٍ - يَعْنِى الْعَقَدِىَّ - حَدَّثَنَا رَبَاحٌ عَنْ قَيْسِ بْنِ سَعْدٍ عَنْ مُجَاهِدٍ قَالَ جَاءَ بُشَيْرٌ الْعَدَوِىُّ إِلَى ابْنِ عَبَّاسٍ فَجَعَلَ يُحَدِّثُ وَيَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَعَلَ ابْنُ عَبَّاسٍ لاَ يَأْذَنُ لِحَدِيثِهِ وَلاَ يَنْظُرُ إِلَيْهِ فَقَالَ يَا ابْنَ عَبَّاسٍ مَا لِى لاَ أَرَاكَ تَسْمَعُ لِحَدِيثِى أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلاَ تَسْمَعُ. فَقَالَ ابْنُ عَبَّاسٍ إِنَّا كُنَّا مَرَّةً إِذَا سَمِعْنَا رَجُلاً يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ابْتَدَرَتْهُ أَبْصَارُنَا وَأَصْغَيْنَا إِلَيْهِ بِآذَانِنَا فَلَمَّا رَكِبَ النَّاسُ الصَّعْبَ وَالذَّلُولَ لَمْ نَأْخُذْ مِنَ النَّاسِ إِلاَّ مَا نَعْرِفُ.
“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Buşeyr əl-Adəvi, İbn Abbasın yanına gəlib: “Allah Elçisi ﷺ demişdir ki... Allah Elçisi ﷺ buyurmuşdur ki...”– deyə hədis danışmağa başladı. İbn Abbas isə onun danışdıqlarına qulaq asmayaraq ona məhəl qoymurdu. Onda Buşeyr ona: “Ey İbn Abbas! Görürəm, sən mənim danışdıqlarıma əhəmiyyət vermirsən?! Mən sənə Allah Elçisindən ﷺ hədis danışıram, sən isə dinləmirsən”. İbn Abbas ona dedi: “Biz elə bir dövrdə yaşayırdıq ki, o vaxt bir kəsin: “Allah Elçisi ﷺ belə buyurmuşdur...”– dediyini eşitdikdə gözlərimiz ona dikilər və biz dərhal ona qulaq verərdik. Elə ki insanlar “səb” və “zəlulə” minməyə başladılar, artıq onlardan bildiyimizdən başqa heç nə qəbul etmədik”.”
İstinad
Muslim, 21 (Müqəddimə, 21)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi