Muslimin ﵀ müqəddiməsi

Zəif ravilərdən hədis rəvayət etməyin qadağan olunması və onların hədislərini götürdükdə ehtiyat edilməsi

حَدَّثَنَا دَاوُدُ بْنُ عَمْرٍو الضَّبِّىُّ حَدَّثَنَا نَافِعُ بْنُ عُمَرَ عَنِ ابْنِ أَبِى مُلَيْكَةَ قَالَ كَتَبْتُ إِلَى ابْنِ عَبَّاسٍ أَسْأَلُهُ أَنْ يَكْتُبَ لِى كِتَابًا وَيُخْفِى عَنِّى. فَقَالَ وَلَدٌ نَاصِحٌ أَنَا أَخْتَارُ لَهُ الأُمُورَ اخْتِيَارًا وَأُخْفِى عَنْهُ. قَالَ فَدَعَا بِقَضَاءِ عَلِىٍّ فَجَعَلَ يَكْتُبُ مِنْهُ أَشْيَاءَ وَيَمُرُّ بِهِ الشَّىْءُ فَيَقُولُ وَاللَّهِ مَا قَضَى بِهَذَا عَلِىٌّ إِلاَّ أَنْ يَكُونَ ضَلَّ.

“Rəvayət edilir ki, İbn Əbu Muleykə ﵀ demişdir: “Mən İbn Abbasa məktub yazıb ondan mənə bəzi hədisləri yazmasını, bəzilərini isə yazmamasını xahiş etdim. Bir dəfə o, bir məclisdə mənim haqqımda dedi: “O, nəsihət verən oğuldur. Mən bəzi şeyləri onun üçün seçib yazıram, bəzilərini də yazmıram”. İbn Abbas “Qadau-Əli”ni gətizdirdi və bundan mənim üçün bir çox şeyləri yazmağa başladı. Fəqət bəzi şeylərin üstündən keçərkən deyirdi: “Allaha and olsun ki, Əli bununla hökm etməmişdir. Bununla ancaq yolunu azmış adam hökm verə bilər”.”

İbn Əbu Muleykə
Səhih

İstinad

Muslim, 22 (Müqəddimə, 22)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi