İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri
وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ النَّضْرِ بْنِ أَبِى النَّضْرِ قَالَ حَدَّثَنِى أَبُو النَّضْرِ هَاشِمُ بْنُ الْقَاسِمِ حَدَّثَنَا أَبُو عَقِيلٍ صَاحِبُ بُهَيَّةَ قَالَ كُنْتُ جَالِسًا عِنْدَ الْقَاسِمِ بْنِ عُبَيْدِ اللَّهِ وَيَحْيَى بْنِ سَعِيدٍ فَقَالَ يَحْيَى لِلْقَاسِمِ يَا أَبَا مُحَمَّدٍ إِنَّهُ قَبِيحٌ عَلَى مِثْلِكَ عَظِيمٌ أَنْ تُسْأَلَ عَنْ شَىْءٍ مِنْ أَمْرِ هَذَا الدِّينِ فَلاَ يُوجَدَ عِنْدَكَ مِنْهُ عِلْمٌ وَلاَ فَرَجٌ - أَوْ عِلْمٌ وَلاَ مَخْرَجٌ - فَقَالَ لَهُ الْقَاسِمُ وَعَمَّ ذَاكَ قَالَ لأَنَّكَ ابْنُ إِمَامَىْ هُدًى ابْنُ أَبِى بَكْرٍ وَعُمَرَ. قَالَ يَقُولُ لَهُ الْقَاسِمُ أَقْبَحُ مِنْ ذَاكَ عِنْدَ مَنْ عَقَلَ عَنِ اللَّهِ أَنْ أَقُولَ بِغَيْرِ عِلْمٍ أَوْ آخُذَ عَنْ غَيْرِ ثِقَةٍ. قَالَ فَسَكَتَ فَمَا أَجَابَهُ.
“Rəvayət edilir ki, Buheyyənin dostu Əbu Aqil ﵀ demişdir: “Mən Qasim ibn Ubeydullah və Yəhya ibn Səidin yanında oturmuşdum. Yəhya Qasimə dedi: “Ey Əbu Muhəmməd! Bu dinə aid bir məsələ haqda sənə sual verildiyi zaman, sənin bununla bağlı bir elmin və cavabın, yaxud buna dair bir bilgin və çıxış yolun yoxdursa, bu sənin kimisi üçün eyib və qüsur sayılır”. Qasim ondan soruşdu: “Nəyə görə?” Yəhya dedi: “Çünki sən doğru yol göstərən iki imamın – Əbu Bəkr və Ömərin övladlarındansan”. Onda Qasim ona dedi: “Allahı düşünən adamın yanında elmsiz olaraq danışmağım, yaxud etibarlı olmayan bir ravidən hədis rəvayət etməyim bundan da pisdir”.”
İstinad
Muslim, 36 (Müqəddimə, 36)
Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi