Muslimin ﵀ müqəddiməsi

İmamların hədis rəvayətçilərinin etibarlı və ya etibarsız olmaları haqda dedikləri

وَحَدَّثَنِى بِشْرُ بْنُ الْحَكَمِ الْعَبْدِىُّ قَالَ سَمِعْتُ سُفْيَانَ بْنَ عُيَيْنَةَ يَقُولُ أَخْبَرُونِى عَنْ أَبِى عَقِيلٍ صَاحِبِ بُهَيَّةَ أَنَّ أَبْنَاءً لِعَبْدِ اللَّهِ بْنِ عُمَرَ سَأَلُوهُ عَنْ شَىْءٍ لَمْ يَكُنْ عِنْدَهُ فِيهِ عِلْمٌ فَقَالَ لَهُ يَحْيَى بْنُ سَعِيدٍ وَاللَّهِ إِنِّى لأُعْظِمُ أَنْ يَكُونَ مِثْلُكَ وَأَنْتَ ابْنُ إِمَامَىِ الْهُدَى - يَعْنِى عُمَرَ وَابْنَ عُمَرَ - تُسْأَلُ عَنْ أَمْرٍ لَيْسَ عِنْدَكَ فِيهِ عِلْمٌ. فَقَالَ أَعْظَمُ مِنْ ذَلِكَ وَاللَّهِ عِنْدَ اللَّهِ وَعِنْدَ مَنْ عَقَلَ عَنِ اللَّهِ أَنْ أَقُولَ بِغَيْرِ عِلْمٍ أَوْ أُخْبِرَ عَنْ غَيْرِ ثِقَةٍ. قَالَ وَشَهِدَهُمَا أَبُو عَقِيلٍ يَحْيَى بْنُ الْمُتَوَكِّلِ حِينَ قَالاَ ذَلِكَ.

“Buheyyənin dostu Əbu Aqildən ﵀ rəvayət edilir ki, Abdullah ibn Ömərin oğlanları ondan bəzi şeylər soruşdular. Onun buna dair bir məlumatı yox idi. Onda Yəhya ibn Səid ona belə dedi: “Sən doğru yol göstərən iki imamın, yəni Ömərin və oğlu Abdullahın oğlu olduğun halda səndən söz soruşurlar, sən isə bunun cavabını bilmirsən. Allaha and olsun ki, mən sənin bu səviyyədə olmağını böyük qüsur hesab edirəm”. O dedi: “Həm Allah yanında, həm də Allahı düşünən kimsələrin yanında elmsiz olaraq danışmağım və ya etibarlı olmayan bir ravidən hədis rəvayət etməyim, Allaha and olsun ki, bundan da böyük qüsurdur”. Ravi demişdir: “Onlar bunu söyləyərkən Əbu Aqil Yəhya ibn Mutəvəkkil buna şahid olmuşdur”.”

Əbu Aqil
Səhih

İstinad

Muslim, 37 (Müqəddimə, 37)

Səhih Muslim — Muslimin ﵀ müqəddiməsi